• $
  • €
  • ₽
  • ₺
  • £

Orxanın anası danışdı: "Oğlum qatil ola bilməz"

Orxanın anası danışdı: "Oğlum qatil ola bilməz"
03.07.2014 09:33
"Mənim oğlum qatil ola bilməz".ANS TV-nin məlumatına görə, bu sözləri Orxan Zeynalovun anası Yasəmən Zeynalova deyib. O, yenə də qətiyyətlə bildirir ki, onun oğlu Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməyib. Yasəmən Zeynalova əlavə etdi ki, oğlu Moskvada saxlanılandan bu yana onunla heç bir əlaqə qura bilməyib. İstintaq və məhkəmə proseslərindən ancaq televiziya vasitəsi ilə xəbər tuta bilirlər.Ana tezliklə ədalətin bərpa olunacağına ümid edir. Rusiyalı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Orxan Zeynalovun atası Zahir Zeynalov isə oğlunun məhkəmə prosesi ilə bağlı suala cavab vermədi. Zahir Zeynalov hadisə baş verən zaman media qarşısına çıxaraq çoxsaylı açıqlamalar versə də bu dəfə çəkiliş qrupumuzu soyuq qarşıladı və oğlunun işi ilə bağlı danışmaqdan imtina etdi. Qeyd edək ki, Orxan Zeynalovun ailəsi Şəmkirin Abbaslı kəndində yaşayır. Xatırladaq ki, ötən il Moskva sakini Yeqor Şerbakovu Biryulovo rayonunda qətlə yetirilib. Həmin qətl hadisəsi üzrə Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı Orxan Zeynalovu saxlayıb. Yeqorun sevgilisi və hadisənin şahidi Kseniya Popova da qatilin Orxan olduğunu iddia edir. Orxan Zeynalov isə məhkəmədə son ifadəsində qətldə iştirak etmədiyini və hadisə vaxtı başqa şəhərdə olduğunu deyib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol