• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb

Azərbaycanda ilk dəfə qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb
25.08.2020 17:28
Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin müasir dronlar vasitəsilə dərmanlanması prosesi həyata keçirilib.

Bu barədə Anews.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumata görə, fermer Ümidvar Məmmədovun sahəsində keçirilən dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib. Tədbirdən əvvəl nazir fermerlərlə təkrar qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində fikir mübadiləsi aparıb, onların təkliflərini dəyərləndirib.
Daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin xüsusi təlim keçmiş pilotları tərəfindən sahənin dronlarla dərmanlanması prosesinə başlanıb. Sahə zərərvericilərə qarşı mübarizədə istifadə olunan preparatların qarışığından hazırlanmış məhlullarla dərmanlanıb.

Jurnalistlərə açıqlama verən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi genişlənir: "Hazırda biz Azərbaycanda ilk dəfə qarğıdalı sahələrində yaşıl qurda qarşı dronlar vasitəsilə havadan dərmanlama aparırıq. Qarğıdalı bitkisinin hazırkı vegetasiya dövründə boy hündürlüyünün yüksək olması dərmanlama prosesinin hansısa texnika və aqreqat vasitəsilə dərmanlanmasına imkan vermir. Dünya praktikasında belə hallarda dərmanlama havadan dronlar vasitəsilə həyata keçirilir. Hazırda biz də Azərbaycanda təkrar qarğıdalı əkini sahələrində bu prosesi gerçəkləşdiririk. Gələcəkdə fermerlərin təsərrüfatlarda müasir innovasiya və texnologiyalardan istifadəsi daha da genişləndiriləcək".

Nazir İnam Kərimov Ağcabədi rayonuna səfəri çərçivəsində Qarabağ Atçılıq Kompleksində, Dənli Bitkilərin Toxum Emalı Zavodunda olub, rayonun Hacıbədəlli kəndində fermerlər İsa Mürşüdov, Hətəm Nağıyev və Qənbər Əliyevin, Pərioğlular kəndində Raquf Qasımovun pambıq sahəsi ilə tanış olub, pambığın vəziyyəti ilə maraqlanıb. Fermerlər dövlət dəstəyinin genişləndirilməsi sayəsində pambıq əkininə marağın daha da artdığını deyiblər. Fermerlər bildirib ki, yeni subsidiya mexanizmi məhsuldarlığı  stimullaşdırır. Bu səbəbdən bu il ölkənin digər bölgələrində olduğu kimi Ağcabədi rayonunda da sahələrdən bol məhsul gözlənilir. Nazir fermerlərin pambıqçılığın inkişafı ilə əlaqədar təkliflərini dinləyib, onlara öz tövsiyələrini verib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol