• $
  • €
  • ₽
  • ₺
  • £

Xətai polisi BDYPİ-nin göstərişinə əməl etmir

Xətai polisi BDYPİ-nin göstərişinə əməl etmir
26.08.2020 13:57
Bakıda beş ay öncə baş verən qəzaya görə yol polisi hələ də vətəndaşa arayış təqdim etmir.

Anews.az bildirir ki, "Qafqazinfo”ya müraciət edən Erkin Həsənli bildirib ki, martın 28-də Xətai rayonunda hərəkətdə olarkən yolun sağında qəza işıq siqnalını yandırıb dayanmış "Mitsubishi” markalı 99 VM 857 nömrəli avtomobilin sürücüsü qəfildən yola çıxaraq onun qarşısını kəsib: "Mən sağ zolaqda qaydaya uyğun olaraq hərəkət edirdim, həmin maşının qəfildən qarşıma çıxması ilə qəza baş verdi. Mənim idarə etdiyim "BMW” markalı 90 SZ 702 nömrəli maşın "Mitsubishi” markalı avtomobilə dəydi. Xətai rayon yol polisinin əməkdaşı qəzaya mənim səbəb olmağın haqda qərar çıxardı. Lakin mənim şikayətimdən sonra məsələ araşdırıldı və qərar verildi ki, qəza qarşı tərəfin təqsirinə görə olub. İndi isə kobud pozuntuya yol verən Xəta polisi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun göstərişinə əməl etmir. Onlar mənə bu barədə arayışı verməlidirlər ki, mən onu sığorta şirkətinə təqdim edərək maşınımı düzəltdirim. Lakin dəfələrlə müraciət etsəm də, heç bir əsaslı səbəb olmadan arayışı verməkdən imtina edirlər”.

Qeyd edilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Elşən Kazımovun məktubunda qeyd edilib ki, Xətai RPİ Dövlət yol polisi şöbəsinin əməkdaşı A.Piriyevin tərtib etdiyi protokol və inzibati tənbeh haqda qərara xitam verilib. Digər sürücü M.Seyidovu barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün Xətai RPİ-yə göstəriş verilib.

Bu məsələ ilə bağlı açıqlama almaq üçün avqustun 20-dən etibarən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədovla bir neçə dəfə əlaqə saxlamağa cəhd etsək də, zənglərə cavab vermədiyi üçün qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol