Ceyhun Bayramov Moskvada Qarabağ məsələlərindən danışıb

"Moskvaya rəsmi səfərə dəvət olunduğum üçün təşəkkür edirəm”.
"Ölkələrimiz arasındakı gündəmdə olan bütün məsələlərə dair maraqlı və faydalı müzakirələr aparılacağını gözləyirəm. Hazırda iki ölkə arasında 200-dən çox saziş qüvvədədir və uğurla yerinə yetirilir, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir. Hazırlanan daha 50-dək saziş layihəsi bir sıra sahəni əhatə edir. Bununla bağlı əlaqələndirmə mərkəzləri olaraq Xarici İşlər nazirliklərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bugünkü müzakirələrin həmin dialoqa böyük töhfələr verəcəyinə şübhə etmirəm”, – nazir deyib.
www.anews.az
























