• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı

Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru uğurla aradan qaldırıldı
27.08.2020 14:55
Bu günlərdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev və komandası tərəfindən çəkisi 3,5 kq olan yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb.

Əməliyyatdan bir həftə sonra körpə evə yazılıb. Bu barədə Prof.Dr.K.Musayevin özü məlumat verib:

"Ürək cərrahiyyəsində məşğul olduğumuz problemlərdən biri də anadangəlmə ürək qüsurları ilə bağlıdır. Anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi metodlarla yerinə yetirilir. Yenidoğulmuş və çəkisi cəmi 3.5 kq olan Atilla balamız da bu günlərdə bizə mürəkkəb anadangəlmə ürək qüsuru ilə müraciət edib. Şikayətləri ciddi göyərmə, qaralma və təngnəfəslikdən idi. Apardığımız müayinələrin nəticəsində "Böyük Arteriyaların Transpozisiyası” adlanan mürəkkəb ürək qüsurunun olduğu təsdiqləndi. Yəni normal anatomiyanın tam tərsinə, ürəyin sağından çıxmalı olan böyük damar (ağciyər arteriyası) soldan, ürəyin solundan çıxmalı olan böyük damar (aorta) isə sağdan çıxırdı.
 
Eyni zamanda tac damarlarında da nadir anomaliya mövcud idi. Bütün tac damarları bir mənbədən çıxırdı, elmi dildə buna tək koronar arteriya deyilir. Lazımi hazırlıq proseduralarından sonra körpəmizi təcili əməliyyata götürdük. Çünki körpənin oksigen saturasiyası 30-40%-ə qədər azalırdı. 5 saat çəkən uğurlu əməliyyatla körpənin ürəyindəki problem aradan qaldırıldı. Jaten əməliyyatı və ya arterial dəyişdirmə əməliyyatı adlandığımız cərrahi prosedura ilə həm böyük damarlar normal yerinə qaytarıldı, həm də tac arteriya normal yerinə reimplantasiya edildi.  Əməliyyatdan sonrakı gedişatda problem yaşamadığımız xəstəni artıq evə yazdıq.
 
Bu əməliyyatın uğurla həyata keçirilməsində ürək-damar cərrahları ilə yanaşı, uşaq kardioloqları, anesteziloq-reanimatoloqlar, neonatoloqlar birgə çalışırıq. Onların hamısına minnətdarlığımı bildiriəm. Onu da qeyd etmək istəyirəm ki, xəstəmiz icbari sığortanın göndərişi ilə bizə yönləndirilmişdi. Fürsətdən istifadə edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə də bu cür ağır patologiyaların müalicəsinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, düşünürəm ki, körpələrdə Jaten əməliyyatı kimi mürəkkəb əməliyyatların ölkəmizdə milli kadrlar tərəfindən icra olunması, səhiyyəmizin və ürək-damar cərrahiyyəsinin inkişafını göstərən ən yaxşı göstəricidir.”

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sonrakı ömrünü sağlam davam etdirə bilməsi üçün erkən diaqnostikanın və müdaxilənin çox vacib olduğunu qeyd edən Prof. Dr. Kamran Musayev, bu zaman valideynlərin daha diqqətli olmasının əhəmiyyətinə diqqət çəkib. 

"Bizə çox məlum olmayan səbəblərə görə, ana bətnində inkişafın düzgün getməməsi nəticəsində ürəyin quruluşunda anormallıq əmələ gəlir. Anadangəlmə ürək qüsurları əsasən iki qrupa bölünür: asiyanotik (ağ qüsurlar) və siyanotik (göy qüsurlar). Ölkəmizdə də ürək qüsuru ilə uşağı doğulan ailələr var və təəssüf ki, bəzən bu problemin həlli olmadığı fikirləşilir. Halbuki, dünyada və Azərbaycanda anadangəlmə ürək qüsurlarının demək olar ki, hamısı korrektiv əməliyyatlarla müalicə oluna bilir. Bu baxımdan valideynlər çox diqqətli olmalı, uşaqlarında ürək qüsuru olduğunu bilən kimi (göyərmə, tez yorulma, təngənəfəslik, tez-tez ağciyər infeksiyası keçirməsi, ümumi inkişafdan geri qalma və s.) həkimə müraciət etməli və uşaqlarını lazımi müayinələrdən keçirməlidirlər.”

Qeyd edək ki, ürək-damar cərrahiyyəsinin bu günkü imkanları ilə cərrahi kömək göstərilə bilinməyən ürək qüsuru çox nadirdir. Xəstələr bu əməliyyatlardan sonra normal insan kimi həyatlarına davam edirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol