Rusiyadan təxliyyə edilən Azərbaycan vətəndaşları ilə görüşlər keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyyə edilərək vətənə qayıdan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.
Anews.az bildirir ki, nazirlikdən "Report"a verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.
Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























