• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Qulinin qardaşı haqda “proqon” yayıldı - "Oğru" adı əlindən alındı - FOTO

Lotu Qulinin qardaşı haqda “proqon” yayıldı - "Oğru" adı əlindən alındı - FOTO
31.08.2020 10:38
"Lotu Quli"nin ölümündən sonra qardaşı Namiq Səlifov barəsində "Proqon" yayılıb.

Anews.az Unikal.org-a istinadən  xəbər verir ki, artıq bununla bağlı keçmiş SSRİ ölkələrində olan həbsxanalara "Proqon" göndərildiyi bildirilir. "Proqon”da yazılır:

"Yaşasın kriminal aləm.
Proqon
Kriminal aləm qanunları ilə yaşayan və ona laqeyd olmayan hər kəsi salamlayırıq. Praqonun əsas yazılma səbəbi Namiq Bakinskiydir.

O, özünü qanuni oğru kimi təqdim edir. Biz oğrular nəzərinizə çatdırırıq ki, o qanuni oğru deyil və onu qanuni oğru kimi tanımayın. Bu özü-özünə ad verəni dəstəkləyən və onun yolunu gedənlərə etdikləri davranışa uyğun hərəkət olunacaq.

Bununla da bitiririk. Sizə Uca Allahdan hər şeyin ən müqəddəsini, qarşılıqlı anlaşma, uğurlar arzu edirik”.

Proqonu Şakro Molodoy, Oleq Şişkan, Badri Kutaiskiy, Edik Asatryan, Dato Krosnadarskiy, Quram Kvejoviç, Kaxa Parpaliya, Uqlava Georgiy, Axmed Şalinskiy, Albert Rıjiy, Ozmanov Şalva, Hacı Beyləqanskiy, Zaur Naxçıvanskiy, Emin Hacıqabulskiy, İlqar Dmanniskiy, Qleb Kineşemskiy, Roma Kürd, Qoradze Mindiya, Hüseyn Slepoy, Dato Surqutskiy imzalayıb.

Virtualaz.org isə yazır ki, hazırda mətni yayılan müraciət yeni deyil və bir il əvvəl göndərilib. Həmin vaxt Lotu Quli ilə digər kriminal generallar arasındakı ziddiyyətlər rəqibləri həm Namik Səlifovu, həm də Qulini oğru titulundan məhrum etməyə çalışıblar. Lakin bu cəhd, sözlə verilən qərarın Lotu Quliyə sadiq kriminal avtoritetlər tərəfindən tanınmaması səbəbindən uğursuz olub.

Namiq Səlifovun qanuni oğru statusundan məhrum edilməsi məsələsi Lotu Qulinin kriminal imperiyasının varisi elan edildikdən dərhal sonra aktuallaşıb.
Təqribən, kriminal aləmə göndərilən mətnin altından Şakro Molodoy, Oleq Şişkan, Edik Asatryan, Dato Krasnodarski, Hacı Beyləqanski, Zaur Naxçıvanski, Roma Kürd və Hüseyn Slepoy da daxil olmaqla ən məşhur avtoritetlər tərəfindən imzalandığı diqqət çəkir. Onların bir çoxu Lotu Quli ilə onun nəzarət etdiyi sahələrin bölüşdürülməsi səbəbindən ziddiyyətli qarşıdurmada idilər.

Onların arasında son illərdə Səlifov qardaşları tərəfindən tacdan məhrum edilmiş bir neçə oğru da var. Bunlardan media materiallarından məlum olduğu kimi: Uqlava Georgiy, Albert Rıjıy, Quram Kvejoviç, Badri Kutaisskiydir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol