Azərbaycanda məktəb direktoru avtobus sürücüsü işləyir?- BNA-dan AÇIQLAMA

"Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir"
Anews.az reporta istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Agentliyə məxsus "BakuBus" MMC-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o bunu sadəcə paylaşım xatirinə edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























