• $
  • €
  • ₽
  • ₺
  • £

"İnsanların polis bölməsində çəkilən fotolarının yayımlanması yolverilməzdir - AÇIQLAMA

"İnsanların polis bölməsində çəkilən fotolarının yayımlanması yolverilməzdir - AÇIQLAMA
31.08.2020 16:58
Son günlər sosial şəbəkələrdə polisin parkda dincələn vətəndaşları  bölməyə aparılaraq cərimələnməsi barəsində videogörüntülər yayılıb.
Anews.az həmin videodakı vətəndaşlardan biri ilə əlaqə saxlayıb.
 
Vətəndaş Samir Mirməmmədoğlu anews.az –a açıqlamasında bildirib ki, onlar haqsız yerə polis tərəfindən bölməyə aparılaraq cərimə olunublar.

"Mən üç universiteti qırmızı diplomla bitirmiş və bu ölkənin qanunlarını çox gözəl bilən ölkə vətəndaşıyam. Düşünürəm ki, polis yaydığı bütün məlumatlar sadəcə təhrifdir. Araşdırılsa məlum olacaq ki, polis orqanları konstitusiya və inzibati xətalar məcəlləsinin maddələrinı pozub. Videodan da görünür ki, biz sadəcə uşaqlarla parkda çörək yeyirik. Anidən 5-6 polis maşını gəlib uşaqlarla bərabər bizi bölməyə apardı. Heç bir xəbərdarlıq etmədən bizi polis bölməsində bir otağa saldılar. Şifahi şəkildə bizə əynimizdə ya Hüseyn şüarlı geyimlərimizi səbəb göstərərək uşaqların yanında sərt (təhqiranə şəkildə) tənqid etdilər. Saədəcə uşaqlar ağladığı üçün sonradan onları çölə çıxartdılar. Fotolarımızı çəkdilər. Mən etiraz edərək bildirdim ki, fotoların yayımlanmasını istəmirik. Bu zaman mənə bildirdilər ki, fotolar heç yerdə yayımlanmayacaq sadəcə polisin özündə saxlanacaq. Buna baxmaraq bir neçə saaat sonra həmin fotolar Daxili İşlər Nazirliyinin səhifəsində paylaşıldı. Bu da konustitusiyanın 32-ci və inzibati xətalar məcəlləsinin 51.2-ci maddəsinin, yəni vətəndaşın icazəsi olmadan fotolarının yayıması hüquqnun pozulmasıdır".

Vətəndaş onu da da əlavə etdi ki, yazılan cərimələr və ona edilən haqsızlıqla razı deyil. Buna görə aiddiyatı yerlərə müraciət edəcək.
 
Hüqüqşünas Cavad Cavadov məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, bu cür məsələlərdə vətəndaşın hüquqları konustitusiya və inzibati xətalar məcəlləsinin maddələrinə əsasən pozulmuş sayılır və yolverilməzdir. Polis həmin şəxslərin fotolarını yalnız öz məxfi istifadəsi üçün çəkə bilər və vətəndaşın icazəsi olmadan bunu yaya bilməz. Çünki burada insan ləyaqətinin elementləri var. Əli arxada divara düzülmüş formada foto çəkib yaymaq yalnışdır.

Cavad Cavadov onu da əlavə etdi ki, bu məsələyə son qoyulmalıdır və bununla bağlı yerli məhkəmlərə müraciət olunub. Əgər məsələ həllini tapmasa Avropa məhkəməsinə müraicət olunacaq. 

Məsələ ilə bağlı anews.az-ın  sorğusuna cavab olaraq Daxili işlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, "bu il Aşura mərasimi də xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən vətəndaşlarımız məsələyə anlayışla yanaşaraq Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə bütövlükdə əməl etmişlər. Yalnız bir neçə şəhər və rayonda insanların yoluxma riskini dəfələrlə artıran toplaşmağa cəhdlər qeydə alınıb ki, görülmüş tədbirlərlə həmin pozuntuların qarşısı alınıb".

DİN hesab edir ki bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müvafiq qadağaları məhz Aşura günündə dini mərasimlərin keçirilməsinə imkan verilməməsi ilə əlaqələndirməyə cəhdlər edilib.

"Bü cür məlumatların yanlış olduğunu xüsusi vurğulayaraq, eləcə də insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, xüsusi karantin rejimi dövründə istənilən toplantının, hətta Silahlı Qüvvələrə dəstək xarakterli kütləvi aksiyanın keçirilməsi də yolverilməzdir. Tətbiq olunan məhdudiyyətlərin yeganə məqsədi isə – əhalinin sağlamlığının müdafiəsidir.  Bir daha vətəndaşlarımızı koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni unutmamağa, bu sahədə böyük və gərgin səylər bahasına əldə olunmuş müsbət nəticələri qorumağa, o cümlədən özünütəcrid qaydalarına riayət etməyə, sosial məsafəni gözləməyə, nəfəs yollarını qoruyan vasitələrdən daim istifadə etməyə çağırırıq”, deyə bəyanatda vurğulanıb.
 
Vətəndaşların polis bölməsində çəkilmiş fotolarının onların icazəsi olmadan yayımlnmasının nə dərəcədə qanunauyğun olması barədə sualımızı isə DİN rəsmiləri cavabsız qoydu. 
 
Gülnar Nazimqızı
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol