• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni komitə yaradıldı

Azərbaycanda yeni komitə yaradıldı
01.09.2020 16:01
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin təşəbbüsü əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.

Dövlət Xidmətindən Anews.az-a verilən məlumata görə, Texniki Komitə ilkin, dövlət, regional, dövlətlərarası və beynəlxalq standartların hazırlanması üçün yaradılan birgə məşvərətçi qurumdur. Texniki Komitə əmək və peşə sahəsində müasir tələblərə cavab verən milli standartların işlənib hazırlanması, ekspertizasının aparılması, mövcud olan standartların yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılması, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası təşkilatların işində iştirak etmək məqsədi ilə təsis edilib.

AZSTAND/TK 21-ə Fövqəladə Hallar Nazirliyi, SOCAR, Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Həmkarlar İttifaqı Konfederasiyası daxildir.

Texniki Komitənin tərkibinə bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanları, elmi təşkilatlar, sahibkarlar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya qurumları da daxil ola bilərlər.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol