• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalistin vəziyyəti ağırlaşıb - FOTO

Tanınmış jurnalistin vəziyyəti ağırlaşıb - FOTO
30.06.2014 12:46
Tanınmış jurnalist, “Xalq qəzeti”nin sabiq baş redaktoru Mahal İsmayıloğlu səhhətində yaranan problemlərlə bağlı yenidən “Qafqazinfo” ya danışıb: 
- Xəstəliyinizlə bağlı ölkə rəhbərliyinə müraciətinizdən sonra sizlə maraqlanan olubmu?
- Heç kim maraqlanmayıb. Mənim bu xalq üçün heç kimin dana bilməyəcəyi xidmətlərim olub. Ən azından “Aydınlq” qəzetində fəaliyyətim, mərhum prezident Heydər Əliyevin təqib olunduğu illərdə mənim ona informasiya dəstəyim olub. Heydər Əliyev Naxçıvanda olanda onun yanında olmuşam. İndi kimsə bunların üstündən xətt çəkmək istəyir. Mənim dövlətin milyonda bir yardımına haqqım çata -çata mənə heç kim yardım etmək istəmir.
Bir daha xatırladıram ki, Bakıda mənə ağır diaqnoz qoyulmuşdu. Guya ki, böyrək xərçəngi var. Türkiyədə həkimlər belə bir şeyin olmadığını dedilər. Sadəcə indi böyrək sıradan çıxıb. Mən iki dəfə infarkt keçirmişəm. Ürəyi zəif olan bir adamın böyrəyini çıxartmaq böyük risk idi. Amma türk həkimlər bunun öhdəsindən gəldilər. 
Azərbaycana cərrahi əməliyyat olmaq üçün pul toplamağa gəldim. O zaman mən bir neçə dəfə aidiyyati şəxslərə müraciət etdim. 
Mənə dedilər ki, sən borc tap, biz də kömək edəcəyik. Mənə də qızımın tələbə yoldaşları, iki millət vəkili, tanışlar kömək etdi, qalanını da borc aldım. Əməliyyat olub ölkəyə qayıtdım. Yenə də müraciət etdim. Dedilər ki, yardım olacaq. Ondan sonra bəlkə min dəfə zəng etmişəm. Cavab verən yoxdu. 
- Ola bilərmi ki, hökumət əleyhinə yazılar yazırsınız, ona görə yardım etmirlər...
- Mən hökumət əleyhinə yazmamışam. Dövlətim üçün məqbul saymadığım nələr varsa onlardan yazmışam. Onlar 1991- ci ildə Heydər Əliyevin dediyi sözləri götürüb oxusunlar. Üzləri varsa, xəcalət çəksinlər. Onda Heydər Əliyev demişdi ki, həyatımın ən ağır dövründə gördüyüm yaxşılığa görə iki nəfərə minnətdaram. 
Onlardan biri Əjdər Xanbabayev, biri də Mahal İsmayıloğludur. Bunu Heydər Əliyev dedi. Bunu heç kim dana bilməz. Heydər Əliyevin 1995-ci ilin sentyabrın 8-də 93-lərlə görüşdə dediyi sözləri bir daha oxusunlar. Kimsə mənimlə qərəz çəkə bilər. Amma nə üçün mənim elədəyim yaxşılıqlar indi qiymətə minmir? 
- Sizə yardım edən millət vəkillərinin adlarını açıqlaya bilərsiniz?
- 300-400 dollar məbləğində yardım idi. İqbal Ağazadə və Aqil Abbas mənə kömək etdilər. Mən sağlıq bilgilərimlə bağlı analizləri İsrailə, Almaniyaya göndərmişəm. Hamısından eyni cavab almışam ki , sizin xəstəliyinizin müalicəsi var, gəlin. Bir dənə maliyyə quyusuna düşmüşəm, gedə bilmirəm. Mən başa düşə bilmirəm ki, şairə də, körpə uşağa da yardım edirlər. Mənimlə bir çəkidə olmayan jurnalistə də edirlər. Nə üçün mənə etmirlər? Mən bir daha bütün dəyərlərlə yaşayan insanlara, prezidentin xanımına müraciət edirəm. Onlar məni yaxşı tanıyırlar. Mənim torpağımın haqqından bir zərrəlik də mənə köməklik edin.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol