• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin ən yaşlı deputatından xəbər var

Milli Məclisin ən yaşlı deputatından xəbər var
30.06.2014 12:28
Azərbaycan Respublikası Milli Məclisinin 4-cü çağırışında təmsil olunan  bəzi deputatlar artıq dördüncü beşillikdir ki, deputat səlahiyyətinə malikdirlər. 
Milli Məclisin ən yaşlı deputatı Cəlal Əliyevin isə 86 yaşı var. 
Modern.az saytının məlumatına görə, bu gün Cəlal Əliyevin ad günüdür.
Cəlal Əliev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. 
«İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir. 
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1962-ci ildən laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, 1976-cı ildən laboratoriya müdiri, şöbə müdiri, 1981-ci ildən Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 
Dördüncü beşillikdir ki, Milli Məclisin deputat mandatını daşıyır. 2011-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən dördüncü dəfə Milli Məclisin deputat seçilib. Evlidir 1 övladı var.
Cəlal Əliyev mərhum eks-prezident Heydər Əliyevin qardaşı, hazırki dövlət başçısı İlham Əliyevin əmisidir.
Cəlal Əliyev Milli Məclisin iclaslarında həmişə diqqət mərkəzində olmuuş deputatlardandır. O, müxtəlif vaxtlarda gözlənilməz bəyanatları, kəskin çıxışları, irad və ittihamları ilə yadda qalıb. Son vaxtlar səhhətindəki problemlərlə əlaqədar Milli Məclisin iclaslarının hamısında iştirak edə bilmir.
Ötən il prezident İlham Əliyev Azərbaycan Respublikasında elmin inkişafında xidmətlərinə və ictimai-siyasi həyatda fəal iştirakına görə Cəlal Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Cəlal Əliyev bu ilin aprelində Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə təltif olunub.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol