• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ sədri məmurların ana dilini bilməməsini tənqid etdi

MTRŞ sədri məmurların ana dilini bilməməsini tənqid etdi
27.06.2014 16:47

“Azərbaycanın bir sıra mədəniyyət mərkəzlərində, elm sahəsində, hətta dövlət qurumlarının yuxarı mərtəbələrində işləyənlərin çoxu öz ana dillərini tam bilmirlər”. APA-nın məlumatına görə, bunu dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

 

Onun sözlərinə görə, istər ziyalı, istərsə də digər təbəqələrdə dövlət dilinə hörmətlə yanaşmayanlar həddindən artıq çoxdur: “Həmin adamları televiziya kanallarına dəvət edəndə öz fikirlərini tam dəqiq ifadə edə bilmirlər. Bu ciddi faktdır. Bəzən bizə deyirlər ki, televiziyalarda Azərbaycan dilinin məcburi istifadəsi ilə bağlı tədbirlər həyata keçiriləndən sonra bəzi insanlar məcbur olub Azərbaycan dilini öyrəndilər. Digər dilləri bilmək böyük üstünlükdür, amma insan ilk növbədə ana dilini bilməlidir”.

 

N.Məhərrəmli əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Ana dili” ilə bağlı açıqladığı sonuncu statistika təəssüf doğurur: “Sonuncu buraxılış imtahanında XI sinif şagirdlərindən bir çoxu ana dilindən qiymət ala bilməyib. Şagirdlərin "2" qiyməti alması gələcəkdə ana dilimizin ziyanına ola bilər. Hesab edirəm ki, bu istiqamətdə tədbirlərin görülməsi vacibdir”. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol