• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisad Universitetində tətbiq olunacaq QADAĞALAR

İqtisad Universitetində tətbiq olunacaq QADAĞALAR
24.06.2014 18:51
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “İşçilərin universitetdaxili intizam qaydaları” layihəsi əməkdaşların müzakirəsinə verilib. 
ADİU-nun mətbuat xidmətindən ANN.Az- a verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq qaydaları nəzərə alınmaqla hazırlanan sənəd layihəsi ali məktəbdə çalışan bütün işçilərin peşə fəaliyyəti zamanı ümumi davranışını və tədris prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.
 
Layihə sənədi işçilərin işə qəbulu və işdən azad edilməsi, əsas vəzifələri, işəgötürənin əsas vəzifələri, iş vaxtı və ondan istifadə, tədris prosesinin təşkili qaydaları, universitet binalarında ümumi qaydalar, əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və icra intizamının pozulmasına görə məsuliyyət bölümlərindən ibarətdir. Sənədə görə, universitetin professor-müəllim heyəti peşə fəaliyyətini yerinə yetirmək müqabilində tələbələrdən və ya onların yaxınlarından hər hansı maddi və ya qeyri-maddi nemətlər tələb etməməli, bu tipli təkliflər olduqda da onları rədd etməli, şəxsi həyatında əxlaq və ictimai davranış normalarına riayət etməlidir.
 
Bu qaydalara görə, dərs zamanı auditoriyalarda mobil telefonlardan istifadə edilməsi, məşğələ zamanı dəhlizlərdə ucadan danışmaq, səs-küy salmaq, kitabxanalarda oxuculara mane olacaq səviyyədə danışmaq, qadağan olunmuş yerlərdə siqaret çəkmək, spirtli içkilər içmək və ya spirtli içki içərək universitet binasına daxil olmaq, dəhlizləri və auditoriyaları zibilləmək, universitetdə dərs verdiyi tələbələrə ödənişli əsaslarla xüsusi dərslər vermək, vəzifəsinin icrasında dil, irq, cinsiyyət, siyasi baxış, fəlsəfi inanc, din və məzhəb ayrı-seçkiliyinə, ayrı-ayrı fərdlərin fayda və zərərinə səbəb olan davranışlar nümayiş etdirmək qadağandır.  Sənəd həmçinin birbaşa və vasitəçi əli ilə hədiyyə istəməyi və vəzifə başında olmasa belə, üstünlük və fayda təmin etmək məqsədilə hədiyyə qəbul etməyi, ayrı-ayrı şəxslərdən və tələbədən borc istəməyi və ya almağı, ideoloji, siyasi, dağıdıcı, separatçı məqsədli fəaliyyətlər göstərməyi və ya bu fəaliyyətləri dəstəkləməklə universitet və onun strukturlarının asayişini, əmək intizamını pozmağı, başqasının elmi əsərini və ya tədqiqatını bütövlükdə və ya onun bir hissəsini mənbə göstərmədən öz əsəri kimi qələmə verməyi, peşə fəaliyyətini həyata keçirərkən açıq şəkildə rüşvət istəmək və korrupsiya xarakterli davranışlara yol verməyi yasaq edir.
 
Layihə sənədinin müzakirəsi sentyabr ayınadək davam edəcək. Sənəd universitetin elmi şurasında təsdiqlənib, yeni tədris ilindən qüvvəyə minəcək.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol