• $
  • €
  • ₽
  • ₺
  • £

İntihar etmək istəyən şəxslərə Bəd Xəbər

İntihar etmək istəyən şəxslərə Bəd Xəbər
23.06.2014 21:00

Azərbaycanda sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 il ərzində sığorta olunanın intiharı sığorta hadisəsi hesab edilməyəcək.

APA-nın verdiyi məlumata görə, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları” layihəsində əksini tapıb.

 

Sənədə əsasən, əgər istintaq orqanı kredit müqavilələri üzrə borcalanın üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində intihar etməyə məcbur edilmiş olmasını üzə çıxararsa, bu halda həmin şəxsin kredit müqaviləsi üzrə sığorta ödənişi təmin ediləcək.

 

Sığorta olunanın qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması nəticəsində həyatını itirməsi, yaxud əmək qabiliyyətini tam və qismən itirməsi də sığorta hadisəsi sayılmır. Yəni bu halda da sığorta ödənişi verilməyəcək. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol