• $
  • €
  • ₽
  • ₺
  • £

Avtoritetlər azərbaycanlı biznesmeni güllələdi

Avtoritetlər azərbaycanlı biznesmeni güllələdi
20.06.2014 12:35
Rusiya Federasiyasının Volqoqrad vilayətində azərbaycanlı biznesmen avtoritetlər tərəfindən güllələnib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə 18 iyunda Jiqulev adlı topdansatış bazarında qeydə alınıb.Həmin gün axşam saatlarında Volqoqrad xəstəxanalarının birinə odlu silahdan açılan atəş nəticəsində yaralanan 31 yaşlı Zülfüqar Əsədov yerləşdirilib. Həmin şəxs topdansatış məntəqəsinin işçisidir.Araşdırmalar zamanı məlum olub ki, Zülfüqar Əsədov “Toyota” markalı avtomobili ilə evə gedərkən “Audi” markalı avtomobil tərəfindən təqib olunub. Evlərinə yaıxn ərazidə qəflətən həmin avtomobildən ona odlu silahdan atəş açılıb. Zülfüqar Əsədov də həmin şəxslərə atəş açıb. Cavab atəşi açıldıqdan sonra naməlum şəxslər gizləniblər. Hadisədən 2 saat sonra onların avtomobilləri yanmış halda tapılıb. Bundan başqa, həmin ərazidə biznesmenə “Kalaşnikov” silahından atılan güllələrin gilizləri aşkar olunub.Qeyd edək ki, Zülfüqar Əsədova ilk dəfə deyil ki, sui-qəsd edilir. Ötən il də onu evinin qarşısında öldürmək istəyiblər. Onu naməlum şəxslər güllələmişdilər. Ağır yaralanmağına baxmayaraq biznesmen özünü polis idarəsinə çatdıra bilmişdi. Orada ona tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirmişdilər.Cinayəti araşdıran hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin kimliyi məlum olub. Bu Zülfüqar Əsədovun düşməni olan Məmməd Çopsiyevdir. O, bir neçə dəfə biznesmeni öldürmək istəyib. Ötən il ona qarşı edilən sui-qəsd zamanı isə əmioğlusu Ramiz Çopsiyev tutulmuşdu. Lakin Məmməd Çopsiyev hüquq-mühafizə orqanalrından gizlənə bilmişdi.Eyni zamanda bildirilir ki, Məmməd Çopsiyev kriminal aləmdə avtoritet kimi tanınır. Zülfüqar Əsədov isə Volqoqraddakı topdansatış bazasında meyvə-tərəvəz satışı ilə məşğuldur. Avtoritetlərlə biznesmeni mübahisəsi də məhz bu səbəbdən yaranıb. Ehtimal olunur ki, mübahisə avtoritetlərlə biznesmen arasında pul anlaşılmazlığından sonra yaranıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol