• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mindən çox müəllim Sınaq Qiymətləndirmədə iştirak etməyib

Bakıda mindən çox müəllim Sınaq Qiymətləndirmədə iştirak etməyib
17.06.2014 16:49
Bu ildən Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlər üçün keçirilən Sınaq Qiymətləndirmədə mindən çox müəllim iştirak etməyib.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, 10-13 iyun tarixlərində keçirilən imtahanlarda paytaxt üzrə ümumilikdə 357 məktəbin 30 072 müəlliminin iştirakı gözlənilirdi. Onun sözlərinə görə, 4 gün ərzində keçirilən imtahanlarda Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 minə qədər müəllim iştirak edib, 1072 müəllim isə bu imtahanlara qatılmayıb: “Hazırda təhsil idarəsində müvafiq araşdırmalar və cavab kartlarının emalı aparılır. Təhlillər başa çatdıqdan sonra onların hansı səbəbdən imtahanlarda iştirak etməməsi məlum olacaq. Nəticələr açıqlandıqdan sonra həmin müəllimlər üçün ayrıca imtahan keçiriləcək”. Təhsil İdarəsinin rəsmisi qeyd edib ki, sınaq qiymətləndirilmənin nəticələrinin bu həftə ərzində açıqlanması nəzərdə tutulub: “Müəllimlər öz nəticələrini təhsil idarəsinin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər. Nəticələrdə müəllimlərim ixtisas və kurrikulumla bağlı göstərdikləri cavabları, nəticələri göstəriləcək. Kommunikativ suallarla bağlı isə səhv və ya düz anlayışı yoxdur. Bu suallar müəllimlərin şagirdlərlə ünsiyyət qurma, özünü idarəetmə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını öyrənmək məqsədilə təqdim olunub”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol