• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbənin universitetdən qovulması səhv addımdır - AÇIQLAMA

Tələbənin universitetdən qovulması səhv addımdır - AÇIQLAMA
27.11.2020 15:43
Online dərs zamanı başına bayrağı doluyaraq oynuyan Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Pərviz Məhəmmədov universitetdən qovulub. Onun qovulmasına səbəb isə bayrağı bu şəkildə təhqir etməsi göstərilib. Bakı Dövlət Univetsiteti açıqlama yayıb ki, Pərviz Məhəmmədov bir necə dəfə nizam intizamı pozduğuna görə ona xəbərdarlıq edilib. Lakin bu dəfə dövlət atributunu başına doladığına görə bu BDU tərəfindən təhqir kimi hesab edilərək tələbə qovulub.

Bəs əslində bu durumda tələbənin qovulması doğru qərardımı? Anews.az bu məsələni araşdırmağa çalışıb.
 
Hüquqşunas Ələsgər Məmmədli bildirib ki, bu hadisəni bayrağın təhqir edilməsi kimi təqdim etmək yalnış addımdır.

"Hadisəni gördüm. Düşünürəm ki, tələbənin qovulması üçün hər hansı zəruri məqam yoxdur. Əslində araşdırmaq lazımdır ki, o tələbə doğurdanmı bayrağı təhqir etmək fikrində olub.Bəlkə küçədə olan sevincini ekrana daşımaq olub niyyəti? Onu universitetdən qovmaq asan və eyni zamanda problem yaradan məqamdır.Çünki o tələbəni yetişdirməklə cəmiyyətə bir mütəxəssis vermək əvəzinə bir səhvinə görə bütün şansını əlindən almış olurlar.
 
Ələsgər Məmmədli onu da əlavə etdi ki, bayrağı təhqir etmək başqa cür olur.
 
"Yerə atıb təpikləmək, yandırmaq və daha iyrənc formada olan görüntü bayrağın təhqir edilməsi hesab edilə bilər.Bayrağı başına dolamaq və üzərinə eynək taxmaq isə tələbənin bir az komik görünmək istəyi də ola bilər. Qanuni olaraq tələbə təhsil hüququnun bərpası üçün məhkəməyə müraciət edərək universitetə təhsil almaq üçün qayıtmasını bərpa edə bilər”
 
Təhsil eksperti Kamran Əsədov isə bu hadisəni çox pis hal kimi qeyd edir və Bakı Dövlət Universtitetinin atdığı addımı doğru qiymətlənidirir.

"Həmən tələbə dövlət atributuna, xüsusilə dövlət bayrağına aşkar və nümayişkəranə şəkildə hörmətsizlik ifadə edib və təhqir edib ki, bu da birbaşa cinayət məsuliyyətinə tövsiyə olunur. Bundan başqa tələbə tədrisin normal gedişinə aşkar şəkildə maneə yaradır ki, bu da daxili nizam-intizam qaydalarına, tədrisin təşkili qaydalarına ziddir və buna görə də tələbə təhsil müəssisədən xaric olunmalıdır. Belə bir kadr sabah əmək bazarında heç bir peşəkar kadr ola bilməz” deyə ekspert bildirib. 
 
 
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev bildirdi ki, onların ümumiyyətlə hadisədən xəbəri yoxdur və buna görə də bu haqda heç bir münasibət bildirə bilmiyəcəklər.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Cəmiyyət 12:18
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Cəmiyyət 11:57
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol