• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada döyüşən azərbaycanlı: “Suriyaya əsasən qənimət və pul üçün gedirlər”

Suriyada döyüşən azərbaycanlı: “Suriyaya əsasən qənimət və pul üçün gedirlər”
17.06.2014 15:58
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçiriblər.Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan şəxslərlə görüşüb: “1982-ci il təvəllüdlü Hadıyev Fərid Şövqi oğlu ilə görüşdüm. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilir. Həmin şəxs Azərbaycan Beynəlxalq Bankında işləyib. Orada işləyərkən vətəndaşlara məxsus kartlardan məlumat ötürüb və vətəndaşlara ziyan vurub. Saxlanma şəraitindən şikayəti yoxdur. Vəkillə təmin edilib. Özünü təqsirli bilir. Daha sonra Elmin Cavadov adlı şəxslə görüşdüm. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Hər hansı şikayəti yoxdur. Özünü qismən təqsirli bilir”. E. Behbudov təcridxanada saxlanılan Sumqayıt şəhər sakini Mehman Balakişiyevlə də görüşdüyünü deyib: “Mehman Balakişiyev Cinayət Məcəlləsinin 279.1-ci (qanunsuz olaraq silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. 2013-cü ilin oktyabr ayında Suriyaya gedib. Orada yeddi ay döyüşlərdə iştirak edib. Digər dörd azərbaycanlı ilə birlikdə Türkiyədə tutulub və Azərbaycana ekstradisiya olunub. Ondan Suriyaya nə üçün getdiyini soruşdum. Bildirdi ki, din uğrunda vuruşub. Həmçinin qeyd etdi ki, oraya, əsasən, qənimət və pul əldə etmək üçün gedirlər. O, törətdiyi əməldən peşmandır. Bildirdi ki, artıq oraya gedənlərə yaxşı baxmır. Saxlanma şəraitindən şikayəti yoxdur”. E. Behbudov orada saxlanılan digər şəxslərin də vəziyyəti ilə maraqlandığını bildirib: “Hacı Məmmədovla, Rauf Mirqədirovla maraqlandım. Bildirdilər ki, hər şey qaydasındadır. Pərviz Həşimlinin isə Bakı istintaq təcridxanasına köçürüldüyünü dedilər”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol