• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi təhsil sistemində dəyişikliklər edildi

Hərbi təhsil sistemində dəyişikliklər edildi
17.06.2014 12:03
Azərbaycan təhlükəsizlik və müdafiə sisteminin NATO standartları əsasında təkmilləşdirilməsi işini davam etdirmək niyyətindədir. 
Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan münaqişəyə cəlb olunduğuna görə keçmiş sovet respublikaları arasında təhlükəsizlik və müdafiə sektorunda uzun yol qət edib: "Hazırda Azərbaycan region ölkələri arasında ən böyük hərbi büdcəyə malik ölkədir. Azərbaycan müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrdə yeni standartların, əlavə potensialın yaradılması istiqamətində aparılan işləri və bu istiqamətdə strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir".
İdarə rəisi qeyd edib ki, Azərbaycan coğrafi baxımdan elə bir regionda yerləşir ki, güclü müdafiə və təhlükəsizlik sektoruna malik olmalıldır: "Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın təhlükəsizlik sisteminə təhdiddir. Azərbaycanın böyük hissəsi hələ də Erməsniatanın işğalı altındadır. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda elə bir yerdə yerləşib ki, Rusiya, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddəddir. Belə bir şəraitdə ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır ki, bütün təhlükələlərin öhdəsindən gələ bilsin. Buna isə yeni yanaşmalar tələb olunur".
E.Səmədov bildirib ki, Azərbaycan artıq bir neçə ildir ki, NATO ölkələrinin təcrübəsi əsasında təhlükəsizlik və müdafiə sektorunda islahatlar aparır. Bu məqsədlə bir neçə mühüm strateji sənəd qəbul edilib. Artıq onların əsasında Müdafiə Nazirliyi tərəfindən Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədi də hazırlanıb.
O, deyib ki, Silahlı Qüvvələrdə yenidənqurma işləri başa çatdırılıb. Bu məqsədlə bir sıra NATO ölkələrinin təcrübəsi öyrənilib.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol