• $
  • €
  • ₽
  • ₺
  • £

“NİDA”nın keçmiş üzü növbəti bəyanat yaydı

“NİDA”nın keçmiş üzü növbəti bəyanat yaydı
13.06.2014 15:53
 Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzü Quliyev Bəxtiyar Səməndər oğlu cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə növbəti bəyanat ünvanlayıb.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətdə məhkum B. Quliyev may ayının sonunda verdiyi bəyanatın KİV-də birmənalı qarşılanmamasına münasibətini bildirib və mövqeyinə bir daha aydınlıq gətirib. Müraciətdə deyilir: “Son günlər kütləvi informasiya vasitələrində mənim may ayının sonunda verdiyim bəyanat geniş müzakirəyə səbəb oldu. Göstərdiyim kimi, mənim bu bəyanatım birmənalı qarşılanmadı. Sadəcə olaraq, bildirmək istəyirəm ki, on beş ay mənim üçün həyatı və dövlətçiliyi dərk etməyimdə yetərli və böyük inam daşıyan çoxları üçün kiçik, mənim üçün isə həbsxanadan əvvəlki həyatımdan da böyük bir zaman kəsiyidir.Özüm də bilmədən qeyri-ixtiyari düşdüyüm vəziyyətin səbəbini düşündükcə, heç bir vəchlə özümə haqq qazandıra bilmədim. Və birinci haqsızlığın özümə, yaxınlarıma qarşı ən böyük cinayət olduğunu dərk etdim. Kimlərinsə siyasəti mənim kimi bir çox gəncin təmiz beyinlərini özlərinin dərk etdiyi yanlış müstəqillik havası ilə doldurub, keçirdikləri mənasız aksiyalara sürükləməklə, təmiz və saf olan azadlıq eşqini qəlblərdə boğmaqdan başqa bir şey deyil. Mən buradan mənim kimi yolunu azmış siyasəti düzgün dərk etməyən bədxah insanların özünəməxsus düşüncələrindən doğan təxribatlara uymuş gənclərə səslənirəm: Özünüzə, yaxınlarınıza ən önəmlisi gəncliyinizə haqsızlıq etməyin! Bu gün Azərbaycan adlı bir məmləkətin müstəqil gəncləriyik. O məmləkət ki, tarix boyu basqılara məruz qalmış, təxribatlarla xalqın başını qarışdırıb bu millətin fikirlərini başqa səmtə yönəldən nadan, xəyanətkar, öz mənafelərini düşünən satqın siyasətçilərlə hər zaman mübarizədə olub.Bizim bir gerbimiz, bir dövlətçiliyimiz, bir bayrağımız vardır. Gəlin biz gəncliyimizi yuxarıda göstərdiyim atributlar ətrafında birləşdirək. Özümüz özümüzlə deyil, mənfur, kənardan Azərbaycana xor baxan, dövlətçiliyimizə qarşı təxribat məqsədi ilə əllərini uzadan düşmənlərimizə qarşı mübarizədə fəal olaq.  Mən Müstəqil Azərbaycanın Müstəqil gənciyəm. Mənim fikirlərimə və düşüncələrimə nə kimsə təzyiq, nə də təsir edə bilməz. Özüm öz qərarlarımı verəcək qədər hər şeyi dərk edirəm. Və hər kəsi fikirlərimə, düşüncələrimə, qərarlarıma sayğı ilə yanaşmağa, hörmətlə qarşılamağa çağırıram”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol