• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Peyvənd olunan Yaqut Qarayeva: Heç bir mənfi təsiri yoxdur

Peyvənd olunan Yaqut Qarayeva: Heç bir mənfi təsiri yoxdur
18.01.2021 23:00
"Artıq yarım saatdan çoxdur ki, koronavirusa qarşı peyvənd olunmuşam və heç bir mənfi təsiri yoxdur".

Anews.az "trend"ə istinadla xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hazırda özünü normal hiss edir: "Bu gün həm sevincliyəm, həm də həyəcanlı. Çünki bu vaksinin gətirilməsini çoxdan gözləyirdik. Mən 11 ay bütün qaydalara riayət elədim və xəstələnmədim. Bu gün artıq peyvəndin birinci dozasını vurdurdum. Hazırda vəziyyətim normaldır və işimə qayıdıram. Bundan sonra özümü daha da ciddi qoruyacağam. Çünki 3 həftədən sonra ikinci dozanı qəbul etməliyəm".

Y.Qarayeva risk qrupu olan vətəndaşlara da müraciət edib: "Bütün tibb işçiləri və risk altında olan digər vətəndaşlarımıza müraciət edirəm ki, vaksin vurdursunlar.
 
Bu intoksikasiya olunmuş peyvənddir. Əgər qripə qarşı nə vaxtsa peyvənd olunublarsa, bu peyvəndin də heç bir təhlükəsi yoxdur. Peyvənddən öncə həkimlər həmin şəxsin səhhəti ilə bağlı məlumat alır, özünü necə hiss etməyini, hərarətini, nə vaxtsa hansısa xəstəlik keçirdiyini soruşur. Bütün suallar veriləndən sonra qeydiyyat aparılır və peyvənd vurulur".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Cəmiyyət 19:37
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:47
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Bərdə sakini Ağdərədə minaya düşüb
Cəmiyyət 14:29
Bərdə sakini Ağdərədə minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol