• $
  • £

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə hökm oxundu

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə hökm oxundu
25.02.2021 20:00
Moskvanın Nikulinski Məhkəməsi 2020-ci ilin iyulunda "1001 gecə” adlı Azərbaycan restoranına edilən hücumda iştirak edən 7 Ermənistan vətəndaşı barəsində hökm çıxarıb.

Məhkəmənin qərarına görə, restorana edilən hücumdan sonra saxlanılan 7 Ermənistan vətəndaşı 2 il həbs cəzasına məhkum edilib.

Hücumdakı iştirakçıların bütün hərəkətləri müəssisədə quraşdırılmış videokamera tərəfindən qeydə alındığı üçün cinayətkarların kimliyini tapmaq polis üçün çətin olmayıb. Hücum iştirakçıları Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, habelə Razmiq Sahakyan xuliqanlıqda təqsirli bilinərək barələrində iki il müddətinə həbs cəzası qərarı verilib. Restoran sahibi məhkumlara maddi və mənəvi ziyanın ödənilməsi üçün bir iddia qaldırmayıb.

Xatırladaq ki, Moskvanın Maryino rayonunda azərbaycanlıya məxsus olan "1001 gecə” restoranına hücum 24 iyul 2020-ci il tarixində səhər saat dörd radələrində baş verib. 

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında qarşıdurmalar iki ölkənin sərhədində 12 iyul 2020-ci ildə Ermənistan tərəfindən başladılan silahlı qarşıdurmanın kəskinləşməsi fonunda baş vermişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Cəmiyyət 10:46
Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanılıb


Səhiyyə nazirinə yeni müavin təyin edilib
Cəmiyyət 10:23
Səhiyyə nazirinə yeni müavin təyin edilib

Naxçıvana bəzi uçuşlar təxirə salına bilər
Cəmiyyət 10:11
Naxçıvana bəzi uçuşlar təxirə salına bilər

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Cəmiyyət 09:35
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 00:24
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Paytaxtın bu rayonlarında işıq kəsiləcək
Cəmiyyət 23:50
Paytaxtın bu rayonlarında işıq kəsiləcək
Bakıda liftdə azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanılıb
Cəmiyyət 23:11
Bakıda liftdə azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanılıb
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:53
Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - Video
Cəmiyyət 22:04
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol