• $
  • €
  • ₽
  • ₺
  • £

Bizimkilər erməni polkovniki belə öldürdü - Təfərrüat

Bizimkilər erməni polkovniki belə öldürdü - Təfərrüat
04.06.2014 15:59
Erməni ordu korpusunun kəşfiyyat rəisi ilə birlikdə onun sürücüsü də məhv edilib 
Mayın 26-da cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun zabiti, podpolkovnik (polkovnik-leytenant) Qarik Balayanın zərərsizləşdirilməsi əməliyyatının təfərrüatları məlum olub.
ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, erməni ordu korpusunun kəşfiyyat rəisi ilə birlikdə onun sürücüsü də məhv edilib, lakin həmin fakt ermənilər tərəfindən mediadan gizlədilib.
Mənbənin məlumatına görə, Q. Balayan qoşunların təmas xəttindən xeyli uzaqda məhv edilib.
Erməni kəşfiyyat-diversiya qruplarının ərazidə əməliyyat keçirmək planından xəbər tutan Azərbaycan tərəfi qabaqlayıcı tədbir həyata keçirib. Bu zaman əməliyyata bilavasitə rəhbərlik edən podpolkovnik Q. Balayan ön xəttə gələrkən Azərbaycan əsgərlərinin atəşi altına düşüb. Nəticədə Q. Balayan və sürücüsü öldürülüb. Zabitin əynində olan qoruyucu zireh də onu xilas edə bilməyib.
Ümumilikdə Füzuli istiqamətində mayın 20-dən intensiv xarakter almış döyüşlərdə ermənilərin çox sayda itki verdiyini deyən mənbə əldə edilmiş radiokəşfiyyat məlumatlarında da bunun əksini tapdığını bildirib.
Mənbənin məlumatına görə, cəbhədə yaralanmış erməni hərbçilər Xocavənd, Əsgəran və Xankəndi hərbi hospitallarına yerləşdirilib.
«Əldə olunan məlumata görə, təkcə Əsgərandakı hospitala 10-dan artıq yaralı yerləşdirilib. Bunlar əsasən Qarabağdan olan hərbçilərdir. Ermənistandan olan yaralı hərbçilər isə İrəvan və Gorusdakı hospitallara yerləşdiriliblər», - deyə mənbə bildirib.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol