• $
  • €
  • ₽
  • ₺
  • £

Təhlükəli hava şəraitində yaşayırıq – Ekspertlərdən həyəcan təbili

Təhlükəli hava şəraitində yaşayırıq – Ekspertlərdən həyəcan təbili
04.06.2014 12:51
Son günlər ölkə ərazisində tozlu hava şəraiti müşahidə olunmaqdadır. Amma bunu nə ilə bağlı olduğu barədə heç bir məlumat verilmir. 
Məsələ ilə bağlı tibb elmləri doktoru Adil Qeybullanın və Ekologiya və təbii sərvətlər nazirliyinin ətraf mühit üzrə milli monitoprinq departamentinin direktor müavini Mətanət Avazovanın fikrilərini öyrəndik. 
Adil Qeybulla da bildirir ki, tozlu hava şəraitinin olmasıyla bağlı kütləvi informasiya vasitələrində yetərincə məlumatlar getmir: “Vətəndaşlara məlumat verilməlidir ki, bu niyə belədir, hansı siklonla, təbiət hadisəsiylə, qəzayla bağlıdır. Müəmmalı şəkildə olan bütün məsələlərdə şayiələr baş alıb gedir. Ona görə də bu cür məsələlərdə məsul olan qurumlar çıxıb xalqa izahat verməlidirlər”. 
Ekspertin sözlərinə görə, ölkə atmosferinə daxil olan hər bir toz, tüstü tədqiq olunmalıdır. Çünki bunun hansı mahiyyət daşıdığı ondan sonra aşkarlana bilər. A.Qeybullanın fikrincə, belə hallarda radioaktiv faktor, kosmik hadisələr, asteriod tozu da ola bilər: “Ona görə də vətəndaşların hansı ehtiyat tədbirlər görməsiylə bağlı məlumat verilməlidir. Belə hallarda müəyyən maskalardan istifadə olunmalıdır. Amma bizdə insanlar belə maskaları taxmaqda müəyən kompleks yaşayırlar, özlərinə sığışdırmırlar. Bu cür situasiyalarda qoruyucu maskalar heç olmasa, mikroskopik hissəciklərin nəfəs yollarına düşməsinin qarşısını xeyli almış olur. Maskalar taxılmadığı halda xırda hissəciklər bronxlara düşür və qıcıqlandırma yaradır. Tozların tərkibindən çox şey asılıdır”. 
Ekspert deyir ki, xroniki bronxiti, asmoid komponentli xroniki bronxiti, bronxial astması, ağciyərlərində pnevmatoz xəstəliyi olan şəxslər belə havadan daha çox əziyyət çəkirlər. Çünki tüstü və toz birbaşa nəfəs yollarına təsir edir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitoprinq departamentinin direktor müavini Mətanət Avazova isə bildirir ki, son iki gündə vəziyyət stabilləşməyə doğru gedir. Bunun nə ilə bağlı olmasına gəlincə, direktor müavini deyir ki, Türkmənistan ərazisində əsən küləklər ordakı səhralqların tozunu qaldırır və nəticədə yüngül toz hissəcikləri atmosferin daha yuxarı təbəqələrinə qalxır: “Bəzi kütləvi informasiya vasitələrində məlumatlar gedir ki, guya bu İraq və İran səhralarında baş verən hadisələrin nəticəsidir. Amma oranın bizə aidiyyəti yoxdur. Son 20 ildə o tərəfdən bizə tranzit axının gəlişini müşahidə etməmişik. Bizim əraziyə təsir edən daha çox Türkmənistanın ərazisində əsən küləklərdir. Şərq küləkləri 3-4 gün davamlı əsəndə oradan qalxan toz yüngül olduğundan atmosferin daha yuxarı təbəqələrinə qalxır. Yuxarı təbəqədə də atmosfer cərəyanları var. O cərəyanlar şərq küləyi olanda düz bizim üstümüzə gəlir. Bəzən isə dənizə çökür”.
M.Avazovanın sözlərinə görə, son 20 ildə may ayında belə vəziyyət müşahidə olunmayıb: “Adətən avqust-sentyabr ayında toz və tüstü olur. Hətta bir dəfə belə hava şəraiti bir həftə davam etmişdi. Bunun sağlam adam üçün bir fəsadı yoxdur. Amma astma xəstəliyi, ürək çatışmazlığı olan insanlar narahatçılıq hiss edirlər”. 
Aznews.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol