• $
  • £

Eldar Əzizov Adil Vəliyevə irad tutdu

Eldar Əzizov Adil Vəliyevə irad tutdu
04.05.2021 12:25
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və "Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən  verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində Bakı şəhəri parklar şəhərinə çevrilib və bu prosses davam etməkdədir. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı parklar, bağlar və istirahət guşələri yaradılıb: "İDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir”. 

İcra başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun  səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn, Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Müşavirədə ölkə başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyildirsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir. 

Daha sonra Eldar Əzizov bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq ölkə başçısının həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb: "İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Biz isə dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq”. 
Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının İcra Hakimiyyətləri başçılarının hesabatları dinləniləcək. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 14:30
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Cəmiyyət 13:35
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Sabah Bakıya və rayonlara yağış yağacaq
Cəmiyyət 12:44
Sabah Bakıya və rayonlara yağış yağacaq
Qırmızı Körpüdə 43 836 ədəd bəyan edilməmiş dərman vasitəsi aşkarlanıb
Cəmiyyət 11:55
Qırmızı Körpüdə 43 836 ədəd bəyan edilməmiş dərman vasitəsi aşkarlanıb
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:33
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
AAYDA sürücüləri yol kənarındakı qoruyucu torlarla bağlı xəbərdar edib
Cəmiyyət 10:50
AAYDA sürücüləri yol kənarındakı qoruyucu torlarla bağlı xəbərdar edib
Füzulidə 12 yaşlı uşaq atdan yıxılaraq ölüb
Cəmiyyət 10:30
Füzulidə 12 yaşlı uşaq atdan yıxılaraq ölüb
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
Cəmiyyət 10:22
Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
DYP sürücülərə müraciət edib
Cəmiyyət 09:46
DYP sürücülərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol