• $
  • €
  • ₽
  • ₺
  • £

Hepatit B virusunun pulsuz yoxlanılması aparılacaq

Hepatit B virusunun pulsuz yoxlanılması aparılacaq
30.05.2014 19:23

İyun ayı ərzində Azərbaycanda Hepatit B virusunun pulsuz yoxlanılması aparılacaq. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev məlumat verib. O bildirib ki, Respublika Diaqnostika Mərkəzində iyunun 1-dən etibarən bir ay ərzində pulsuz laborator analizlər aparılacaq: “Bu, çox vacib tədbirdir. Çünki viruslu hepatitlər çox geniş yayılmış xəstəliklərdir. Dünyada yüz milyonlarla insan bu xəstəliyə yoluxub. Bu xəstəliyin vaxtında diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumi xəstəliyin müalicəsində böyük rol oyanır. Bu məqsədlə də RDM-də bir ay ərzində əhalinin pulsuz müayinəsi aparılacaq”.

 

Baş həkim qeyd edib ki, analizlər nəticəsində hər hansı şəxsdə Hepatit B virusu aşkarlanarsa, mütəxəssislər tərəfindən lazımı konsultasiyalar keçiriləcək. Mərkəzdə Hepatit virusuna qarşı peyvənd işinin aparılması üçün imkanın olduğunu deyən R. Ağayevin sözlərinə görə, lazımi müalicə üsulları da həkimlər tərəfindən konsultasiyadan sonra tətbiq olunacaq. O vurğulayıb ki, virus aşkar olunduqda RDM-də vaksinasiya aparılacaq və bu da yarım il ərzində həmin şəxsi Hepatit B-dən azad edəcək.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol