• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov yeni direktor təyin etdi

Səlim Müslümov yeni direktor təyin etdi
30.05.2014 15:13
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə layihəsi olan "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin öz əsas komponentləri üzrə icra mexanizminin təkmilləşdirilməsi istiqamətində islahatyönümlü tədbirlərə başlanılıb.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər çərçivəsində ƏƏSMN-nin müvafiq əmri ilə Elnur Süleymanov Layihənin direktoru təyin olunub.E.Süleymanov 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2000-ci ildə Asiya Universitetinin hüquq fakültəsini bitirib.2003-2005-ci illərdə Moskva şəhərində "Ali İqtisadiyyat Məktəbi" Dövlət Universiteti yanında Ali Menecment Məktəbində strateji menecmentlik ixtisası üzrə MBA dərəcəsinə yiyələnib. Rusiya Sahibkarlıq Akademiyasının aspirantıdır.1996-2001-ci illərdə Azərbaycan Beynəlxalq Bankında, 2001-2003-cü illərdə "Allianz Group" Şirkətinin əməkdaşı kimi AFR, ABŞ və RF-da fəaliyyət göstərib. 2003-2011-ci illərdə Moskva şəhərində "ROSNO" ASC sığorta şirkətində məsul vəzifələrdə, habelə İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. 2011-2012-ci illərdə "ONEXİM GROUP" şirkətinin icraçı direktoru, 2012-2013-cü illərdə "Soqlasie" MMC-nin Baş direktoru və İdarə Heyətinin sədri, 2013-cü ilin may ayından hazırkı dövrədək NPO MAKSS GRUPP şirkətinin Müşahidə Şurasının sədri olub. Türk, rus və ingilis dillərini mükəmməl bilir."Sosial Müdafiənin İnkişafı Layihəsi"nin ƏƏSMN-in institusional və insan resursları imkanlarının genişləndirilməsi, idarəetmə sisteminin və sosial təminat proqramlarının təkmilləşdirilməsi, əmək bazarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti gücləndiriləcək. Sosial müdafiə sistemində müasir tələblərə uyğun iş metodlarının hazırlanması və tətbiqi, əhaliyə xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi və bu sahədə şəffaflığın təminatı sahələrində ƏƏSMN tərəfindən aparılan islahatlarda layihənin rolu artırılacaq.Eyni zamanda, müasir bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşan keyfiyyətli əmək ehtiyatları bazasının yaradılması, sosial təminat sisteminin təkmilləşdirilməsində yeni texnologiyaların tətbiqi, xidmət sferasında avtomatlaşdırmanın təmin olunması kimi işlərdə Layihənin imkanlarından daha səmərəli istifadə olunacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol