• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı ÇIXIŞ EDƏCƏK

Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı  ÇIXIŞ EDƏCƏK
18.05.2021 10:42
Bu gün ölkəmizi "Avroviziya -2021” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində çıxış edəcək.

Modern.az xəbər verir ki, Samirə Əfəndi "Mata Hari” mahnısı ilə səhnəyə 14-cü çıxacaq. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.

Müsabiqə barədə fikirlərini bölüşən təmsilçimiz deyib: "Mənim mahnım güclü qadın, güclü şəxsiyyət haqqındadır. Bir növ özümü tam olaraq bu mahnıda hiss edirəm. Çünki özüm-özümü güclü qadın kimi görürəm. Mən çox xoşbəxtəm ki, buradayam və hər kəsi görmək şansım var, sizinlə söhbət eləmək imkanım var”.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

Niderland krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Cəmiyyət 12:32
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Sabah bir neçə rayonda qaz olmayacaq
Cəmiyyət 12:14
Sabah bir neçə rayonda qaz olmayacaq
Sabah Ruben Vardaryana hökm oxunacaq
Cəmiyyət 12:11
Sabah Ruben Vardaryana hökm oxunacaq
Kəmaləddin Heydərova iki müavin təyin edilib
Cəmiyyət 12:02
Kəmaləddin Heydərova iki müavin təyin edilib
Bakı-Sumqayıt yolunda marşrut avtobusu ilə iki avtomobil toqquşub - Video
Cəmiyyət 11:46
Bakı-Sumqayıt yolunda marşrut avtobusu ilə iki avtomobil toqquşub - Video
Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın ölüb/Yenilənib
Cəmiyyət 11:38
Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın ölüb/Yenilənib
DİN: Həftəsonu 104 cinayətin üstü açılıb, 91 nəfər saxlanılıb
Cəmiyyət 10:13
DİN: Həftəsonu 104 cinayətin üstü açılıb, 91 nəfər saxlanılıb
Bakıda duman müşahidə edilir
Cəmiyyət 10:06
Bakıda duman müşahidə edilir
FHN: Ötən həftə 191 yanğın hadisəsinə müdaxilə edilib
Cəmiyyət 09:56
FHN: Ötən həftə 191 yanğın hadisəsinə müdaxilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol