• $
  • €
  • ₽
  • ₺
  • £

Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir

Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
10.04.2026 17:25

ABŞ-ın vitse-prezidenti J.D. Vance İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçiriləcək danışıqlardan müsbət nəticə gözlədiyini açıqlayıb. 

Vens bu açıqlamanı Pakistana səfərindən əvvəl keçirilən mətbuat konfransında verib.

“İslamabaddakı danışıqların nəticələrinin müsbət olacağını gözləyirəm”, –  o bildirib.

Məlumata görə, vitse-prezidentin əvvəllər İran münaqişəsi ilə bağlı sərgilədiyi mövqe onu Pakistan üçün məqbul fiqura çevirib. Bu səbəbdən Pakistan rəsmilərinin ABŞ prezidentinin elçisi Steve Witkoff vasitəsilə Vensin danışıqlara cəlb olunmasını istədiyi bildirilir.

Daha əvvəl ABŞ prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatlarda iki həftəlik fasilə elan edib. Tehran isə müəyyən şərtlər daxilində əməliyyatları dayandırmağa hazır olduğunu bildirərək Hörmüz boğazında gəmiçilik üçün müvəqqəti rejim tətbiq edib.

Media məlumatlarına görə, ABŞ–İran danışıqlarının aprelin 11-də Pakistanın paytaxtı İslamabadda başlanması planlaşdırılır.

Aytac 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol