• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Bu ərazilərdən quş əti və yumurtanın gətirilməsi QADAĞAN EDİLDİ

Bu ərazilərdən quş əti və yumurtanın gətirilməsi QADAĞAN EDİLDİ
18.05.2021 15:16
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan Anews.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.


Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Danimarka Krallığından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:16
Sabah yağış gözlənilir - Hava proqnozu
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Cəmiyyət 11:57
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Cəmiyyət 11:41
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Cəmiyyət 11:08
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək - MN
Cəmiyyət 10:23
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək - MN
Qətlə yetirilmiş azərbaycanlıların cəsədlərində işgəncə izləri aşkarlanıb – Jurnalist
Cəmiyyət 10:02
Qətlə yetirilmiş azərbaycanlıların cəsədlərində işgəncə izləri aşkarlanıb – Jurnalist
Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstəyi artırır
Cəmiyyət 09:50
Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstəyi artırır
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 09:41
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol