• $
  • €
  • ₽
  • ₺
  • £

Bir ayın əsgərinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bir ayın əsgərinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
30.05.2014 11:21
Daxili Qoşunların əsgərinin xəstəlikdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, əsgərin xəstəlikdən ölməsi faktı ilə bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, əsgərin ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Hərbi Prokurorluğun məlumatında həmçinin qeyd olunur ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə ehtiyatsızlıqdan və qəsdən adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur. Qeyd edək ki, Daxili Qoşunların bir ay əvvəl həqiqi hərbi xidmətə çağırılan, 18 yaşlı Məmmədov Samiq Sultan oğlu xəstəlikdən dünyasını dəyişib. Daxili Qoşunlar əsgər S. Məmmədovun hemorragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitalına daxil olduğunu və həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmadığını açıqlayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Daxili Qoşunların bir ay əvvəl hərbi xidmətə çağırılan əsgərinin ölməsi ilə faktı bağlı həyata keçirdiyi ilkin araşdırmaların nəticələrini açıqlayıb. Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin baş zabiti Nurəddin Heydərov APA-ya açıqlamasında qeyd edib ki, həmin çağırışçı xidmətin Qusar rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası tərəfindən müayinə olunub. Bu zaman onun səhhətində hər hansı problem, yaxud hər hansısa patologiya aşkarlanmayıb: “Eləcə də çağırışçının özü, yaxud valideynləri tərəfindən uşağın sağlamlığında hər hansı probleminin olması ilə bağlı xidmətə heç bir şikayət ünvanlanmayıb. Çağırışçı sağlam olaraq hərbi xidmətə göndərilib və hərbi hissəyə təhvil verilib. Onu da qeyd etmək zəruridir ki, bütün qoşun növlərində çağırışçılar təhvil alınarkən yenidən tibbi müayinədən keçirilirlər. Onların səhhətində hər hansı şübhəli məqam aşkar olunarsa, geri qaytarılırlar. O əsgərdə də belə bir problem yaşanmayıb” - deyə N. Heydərov bildirib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol