• $
  • €
  • ₽
  • ₺
  • £

Ən bahalı nömrənin sahibi danışdı: “Məhkəməyə verəcəm”

Ən bahalı nömrənin sahibi danışdı: “Məhkəməyə verəcəm”
29.05.2014 14:25
Dünyanın ən bahalı nömrəsi kimi təqdim edilən "055 666-66-66" nömrəsinin sahibi AzNews.az-a danışıb.

Adını açıqlamaq istəməyən nömrə sahibi bildirib ki, yayılan məlumatlar cəfəngiyyatdır: “Mən uzun illərdir ki, bu nömrəni işlədirəm və bu barədə Bakcell-dən rəsmi məlumat əldə edə bilərsiniz. Xəbəri yayan mətbu orqanlarını da vəkilim vasitəsi ilə məhkəməyə verəcəm. Əgər təkzib verilməsə gələn həftə ərzində məhkəməyə verəcəm. Çünki bu məlumatı yaymamışdan qabaq mənimlə əlaqə qura bilərdilər”.

Qeyd edək ki, bu gün milli.az xəbər portalında bir vaxtlar dünyanı satışı ilə heyrətə salan ən bahalı mobil telefon nömrəsinin artıq Azərbaycanda satılması barədə məlumat yayılıb. Bu gün özünü iş adamı kimi təqdim edən şəxs sözü gedən portala zəng edərək bildirib ki, satışa 100 000 manat qiymətlə çıxarılan “Bakcell” mobil operatorunun 055 666 66 66 nömrəsini alıb. Onun sözlərinə görə, həmin nömrəni 100 000 manata yox, endirimli qiymətə alıb. Xəbərdə deyilir ki, bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha - "666-66-66" - nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir və 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol