• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

“Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”

“Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”
22.07.2021 21:08
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

Anews.az  xəbər verir ki, dövlət başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: "Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. "Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik, - deyə Azərbaycan Prezidenti əlavə edib.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Азербайджане за неделю зафиксировано 593 пожара
Cəmiyyət 11:00
В Азербайджане за неделю зафиксировано 593 пожара
Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb
Cəmiyyət 10:48
Xaçmazda batağan quşlarının kütləvi ölümü qeydə alınıb
Balakənin sabiq icra başçısının həbs müddəti 3 ay uzadılıb
Cəmiyyət 10:29
Balakənin sabiq icra başçısının həbs müddəti 3 ay uzadılıb
Həftəsonu 116 cinayətin üstü açılıb
Cəmiyyət 10:22
Həftəsonu 116 cinayətin üstü açılıb
Peyvənddən şoka düşən körpə ölüb
Cəmiyyət 10:13
Peyvənddən şoka düşən körpə ölüb
Ötən həftə ölkə ərazisində 600-ə yaxın yanğın hadisəsi qeydə alınıb
Cəmiyyət 09:53
Ötən həftə ölkə ərazisində 600-ə yaxın yanğın hadisəsi qeydə alınıb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 09:29
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib
Cəmiyyət 09:20
Hərbi prokuror Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində görüş keçirib
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 08:32
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol