• $
  • €
  • ₽
  • ₺
  • £

7 saylı internat məktəbin rəhbərliyi vəzifədən kənarlaşdırılıb

7 saylı internat məktəbin rəhbərliyi vəzifədən kənarlaşdırılıb
22.05.2014 11:53
Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb
Təhsil Nazirliyi 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi faktı ilə növbəti dəfə açıqlama verib. Təhsil Nazirliyindən Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə ilə bağlı ötən gün mediada yayılan videoya dair APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələnin araşdırılması bilavasitə təhsil naziri Mikayıl Cabbarovun şəxsi nəzarətinə götürülüb.
 
Hadisənin ilkin araşdırılması zamanı hər iki dövlət qurumunun - Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin bir-birindən müstəqil şəkildə eyni nəticəyə gəlməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub.
 
Komissiyanın ilkin araşdırması zamanı gəlinən qənaət bu olub ki, ötən gün mediada yayılan video həmin gün deyil, daha öncə çəkilib və hər iki dövlət qurumunun məsələ ilə bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol tapıb. Əgər videonu yayan şəxslərin məqsədi hadisənin daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim olunardı. Dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müraciət edilmədən informasiyanın və videonun rəsmi qurumların ilkin rəyini açıqladıqdan sonra bu ardıcıllıqla yayılması müəyyən suallar doğurur.
 
Eyni zamanda hadisənin və ondan sonra gedən proseslərin baş vermə səbəbinin hərtərəfli öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilib.
 
Xronoloji arayış:
16 may - İddia olunana görə hadisənin baş verməsi.
20 may – Özünü jurnalist olduğunu iddia edən şəxslərin internat məktəbinə gəlməsi.
20 may (saat 12:33) - İnformasiyanın Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müraciət etmədən şəkil əlavə olunmaqla bizimyol.info saytında yayılması.
20 may - Daxili İşlər Nazirliyi tərəfindən araşdırma və ilkin nəticələrin açıqlanması.
21 may - Təhsil Nazirliyi tərəfindən press relizin yayılması.
21 may (saat 19:06) - İnternat məktəbi şagirdinin videosunun bizimyol.info saytında yayılması.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol