• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq döyən müəllimə nazirliyə çağırıldı

Uşaq döyən müəllimə nazirliyə çağırıldı
22.05.2014 11:50
İnternat evində 7 yaşlı uşağı döyməkdə ittiham edilən müəllimə Təhsil Nazirliyinə çağırılıb.
 
Bu barədə məlumat 7 nömrəli xüsusi internat məktəbindən verilib. Məktəbin əməkdaşı Afaq müəllimənin bu gün səhər hadisə ilə bağlı nazirliyə çağırıldığını deyib. 
 
Qeyd edək ki, bir necə gün öncə 7 saylı xüsusi internat məktəbində təhsil alan Nihad Zaur oğlu Cavadovun məktəbdə çalışan müəllimlərdən biri tərəfindən döyülməsi barədə məlumat verilmişdi. Hadisədən sonra Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqladılar.
Günün sonunda Təhsil və Daxili İşlər nazirlikləri məlumat yayaraq, uşağın döyülmədiyini, "ayaqyolunda ayağı sürüşərək, yıxıldığını" dedi. 
 
Lakin ötən gün axşam saatlarında N.Cavadovun yeni videosu yayıldı. O, Afaq müəllimə adlanan qadın tərəfindən döydüyünü bildirib. "Afaq müəllimə dedi ki, get Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu". /ANS/
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol