• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil almaq istəyənlər üçün ŞAD XƏBƏR

Xaricdə təhsil almaq istəyənlər üçün ŞAD XƏBƏR
22.05.2014 10:08
Bu gündən xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan vətəndaşları üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə başlayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqəyə sənədlərin qəbulu bu gündən avqustun 8-dək elektron ərizə vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 08.08.2014-cü il, saat 23:59-dur.Müsabiqədə iştirak üçün müraciətlər şəxsən nazirliyə gələrək və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərərək deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək. Tələb olunan sənədləri elektron ərizə vasitəsi ilə təqdim edən iddiaçıların müraciətlərinin qəbulu Nazirlik tərəfindən təsdiqləndikdən sonra onlar 7-10 iş günü ərzində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. İddiaçılar elektron ərizə vasitəsilə müraciətlərinin mövcud vəziyyəti və mərhələləri barədə məlumatlandırılacaqlar.Elektron qaydada təqdim olunan sənədlərin əslini (və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlisiniz. Nazirliyə təqdim olunacaq sənədlər geri qaytarılmır. Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya göndəriləcək, nəticələr Nazirliyə daxil olduqdan sonra “Dövlət Proqramı təqaüdçüsü” adına layiq görülmüş şəxslərin siyahısı müvafiq internet səhifələrdə açıqlanacaq.Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir. Bundan əlavə, Dövlət Proqramı təqaüdçüləri müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi əsasında və ya Proqram çərçivəsində xaricdə təhsilini başa vurmamış, Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin birindən qəbul məktubu almış və ya hazırda təhsil alan, dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini yüksək səviyyədə bilən iddiaçılar sırasından seçilir.Qeyd edək ki, Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları üçün sənəd qəbulu barədə ətraflı məlumatı Təhsil Nazirliyinin saytından (http://xaricdetehsil.edu.gov.az/uploads/elan2014.pdf) əldə etmək mümkündür.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol