• $
  • €
  • ₽
  • ₺
  • £

600-dən yuxarı nəticə göstərən abituriyentlərin sayı açıqlandı

600-dən yuxarı nəticə göstərən abituriyentlərin sayı açıqlandı
21.05.2014 17:45
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərən abituriyentlərin sayını açıqlayıb.TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, qəbul imtahanlarında əvvəlki illərin məzunlarından yalnız 10 abituriyent 600-dən yuxarı bal toplayıb. Onun sözlərinə görə, əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarında I və II ixtisas qruplarının hər biri üzrə 2 nəfər, III və IV ixtisas qruplarının hər biri üzrə isə 3 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ən yüksək nəticə isə III ixtisas qrupu üzrə 663 bal olub. Qəbul imtahanlarında aşağı nəticə göstərənlərlə bağlı məlumata gəlincə, E.Nağızadə bildirib ki, bu barədə indi məlumat vermək mümkün deyil. Onun sözlərinə görə, yalnız müvafiq statistik araşdırmalardan sonra onların sayını açıqlamaq olar. Qeyd edək ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün ali məktəblərə ixtisas seçimi bütün imtahanlar başa çatdıqdan sonra üzrə iyulun 24-dən avqustun 5-dək aparılacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol