• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

SARS-CoV-2 Antigen testinin nəticələri portala qeyd olunmur - HB GÜVEN KLİNİKdən AÇIQLAMA

SARS-CoV-2 Antigen testinin nəticələri portala qeyd olunmur - HB GÜVEN KLİNİKdən AÇIQLAMA
27.08.2021 09:14
Vətəndaşların COVID-19-a yoluxmasını təyin etmək üçün həyata keçirilən SARS-CoV-2 Antigen testinin (buna ekspress testlər də deyilir - red.) nəticələri portala qeyd olunmur və məlumat xarakteri daşıyır, bu barədə Anews.az-a HB GUVEN KLİNİK-dan elektron poçt vasitəsilə daxil olan  və saytımızda yayımlanmış "Bu klinikada Covid-19 testi pozitiv çıxan şəxslərin nəticələrindən TƏBİB-in xəbəri olmur" başlıqlı məlumata cavabda bildirilir.


" SARS-CoV-2 Antigen testi, virusdakı müəyyən zülalları təyin edir. Burun-udlaqdan (nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 2 saat ərzində hazır olur. Həssaslıq və spesifikliyi molekulyar metod ilə müqayisədə daha aşağıdır. Nümunə növü PZR ilə eyni olduğu üçün (yaxma) insanlar bəzən bunu PZR analizi ilə eyni bilir və nəticəsinin portala salındığını düşünür. Lakin SARS-CoV-2 Antigen testinin nəticələri portala qeyd olunmur. Bu test yalnız skrininq məqsədi ilə istifadə olunur, məlumat xarakterlidir", - deyə məlumatda bildirilir. 


Eynilə TƏBİB mətbuat xidmətindən də sorğumuza cavab olaraq bildirdilər ki,  ancaq PZR analizin cavabları sistemə salınır. Ekspress test pozitiv çıxdığı zaman isə xəstələr barədə hər hansı məlumatın tibb məntəqələrinə verilməsi kimi bu müayinələri keçirən klinika qarşısında öhdəlik qoyulmur. Sadəcə xəstəyə bundan sonra PZR analizi vermək tövsiyyə edilir və bu qalır artıq necə deyərlər xəstənin  vicdanına. O, PZR analiz verib xəstəliyi təsdiqləndiyi halda özünü izolyasiya edə  və ya xəstəliyi yüngül keçirsə işindən qalmamaq üçün adamların arasında gəzərək xəstəliyin yayıcısına çevrilə  bilər. Buna görə, heç kəs ona yaxınlaşıb qanun çərçivəsində hər hansı tələb qoya bilməz. 


Onu da xatırladaq ki, Azərbaycanda bir çox klinikalar qarşılarına öhdəlik qoyulmasa belə nəticəsi pozitiv çıxan ekspress testlərin nəticələri barədə xəstələrin şəxsiyyət vəsiqələrində göstərilən ünvanın aid olduğu poliklinikalara  və TƏBİB qaynar xəttinə məlumat verir. Təbii protokolda bu qayda kimi təsbit edilmədiyindən  biz HB GUVEN KLİNİK qınaya bilmərik. Amma bildiririk ki, bu yazını yazmaqda məqsədimiz heç də klinikanın nüfuzuna xələl gətirmək olmayıb. Bizi narahat edən pozitiv test nəticəsi olan xəstələrin nəzarətsiz buraxılması və xəstəliyin yayıcısına çevrilə bilməsidir. Odur ki, bizə ancaq bu klinikdan belə xəstələr barədə bir çox həmkarları kimi uyğun poliklinikalara məlumat vermək xahişini etmək qalır. 


Tibbi ekspert Müşfiq Hüseynov bildirir ki, ekspress testlər tək Azərbaycanda deyil bütün dünyada apteklərdə satılır və pozitiv nəticə çıxdığı halda xəstələrdən bu barədə lazımi təşkilatları məlumatlandırmaq, izolyasiya olmaq tövsiyyə edilir. Amma Azərbaycanda bir çox xəstələrin bundan yayındığını nəzərə alaraq ekspert ölkədə bu testlərin aptekdə satışını dayandırmağı və klinikalar üzərində bu barədə məlumatı poliklinikalara ötürmək kimi öhdəliyin qoyulmasını məsləhət görür.


"Ekspress testi pozitiv çıxmış adamlar arasında məsuliyyətsizlər olarsa onların digərlərini yoluxdurmaması üçün bu testləri apteklərdə satışı saxlanılmaldır. Bu testlər ancaq klinika və poliklinikada dövlət hesabına həkim nəzarəti altında edilməlidir. Özəl labaratoriyalarda ekspress testlərin nəticələri pozitiv çıxarsa onların üzərinə bu barədə məlumatı xəstənin yaşadığı ünvana uyğun tibb müəssisəsinə bildirməsi kimi məsuliyyət qoyulmalıdır", - deyə ekspert bildirib.


Hazırda Azərbaycanda 26 avqust 2021-ci il tarixə 405.542 koronavirus xəstəsi qeydə alınıb. Sağalanların sayı 353.140 nəfər təşkil edib, 5434 nəfər ölüb. Ölkədə gündəlik yoluxma sayı 3000-4000 arasında dəyişir. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol