• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim hədiyyə tələb etməməlidir - Təhsil Nazirliyi

Müəllim hədiyyə tələb etməməlidir - Təhsil Nazirliyi
20.05.2014 13:02
 “Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsil alanlardan hər hansı maddi və qeyri-maddi nemətlər, qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil alanlara göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində isə hədiyyə və ya pul tələb etməməlidir”. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bunlar təhsil nazirinin əmri ilə yeni təsdiqlənən “Müəllimlərin etik davranış” qaydalarında öz əksini tapıb. Yeni qaydalara əsasən, müəllim təhsil alanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. Müəllim özünə və təhsil alanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalı, təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. Bundan əlavə, müəllim təhsil alanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir: “Hər bir təhsil alanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməli, təhsil alanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsil alanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsil alanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir. Müəllim təhsil alanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. Hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Müəllim təhsil alanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim təhsil alanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır. Təhsil alanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol