Vurulan vaksinlərin ümumi sayı 7 milyonu keçdi
![Vurulan vaksinlərin ümumi sayı 7 milyonu keçdi Vurulan vaksinlərin ümumi sayı 7 milyonu keçdi](https://anews.az/photo/850x500/2021-09/1630595286_vaksin.jpg)
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2770082 təşkil edir.
![](https://anews.az/file/articles/2021-09/1630595271_82.jpg)
www.anews.az