• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

ANAMA azad olunmuş ərazilərdə maarifləndirmə işlərini necə aparır? - AÇIQLAMA

ANAMA azad olunmuş ərazilərdə maarifləndirmə işlərini necə aparır? - AÇIQLAMA
13.09.2021 11:43
ANAMA, Təhsil Nazirliyi və UNİCEF -in birgə tərəfdaşlığı ilə müharibədən zərərçəkmiş icmalarda partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) işlərinə də başlayıb. Ümumilikdə aparılmış tədbirlər nəticəsində il ərzində 200 minə yaxın vətəndaş maarifləndirmə işlərinə cəlb edilib. Bu sözləri anews.az-a açıqlamasında ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov deyib.
 

"ANAMA partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə fəaliyyəti ilə bağlı müxtəlif istiqamətlər üzrə çalışır. İşğaldan azad edilmiş ərazilərə səfər edən şəxslərin risklər barədə məlumatlandırılması, kütləvi informasiya vasitələrində mina və PHS təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri, mina qurbanları ilə reportajlar, müxtəlif dövlət qurumları ilə birgə hazırlanmış elektron çağırışlar və sms bildirişlərin yayılması, təhlükəli ərazilərin işarələnməsi fəaliyyətlərini həyata keçirir. Müharibədən zərərçəkmiş yaşayış məskənlərində 470 ədəd xəbərdaredici bilbordlar yerləşdirilib, 46.630 ədəd xəbərdaredici və maarifləndirici çap məhsulları sakinlər arasında paylanılıb və  insanların daha çox toplaşdığı, səfər etdikləri yerlərdə yapışdırılıb. İl ərzində müharibədən zərərçəkmiş ərazilərdə fəaliyyət göstərən məktəblərdə tədris olunması üçün "Mina Təhülkəsi” ilə bağlı 4-cü və 6-9-cu sinif şagirdləri üçün nəzərdə tutulan 39.900 ədəd həm tədris, həm də metodik vəsaitləri çap edərək təhsil müəssilərinə təhvil vermiş, maarifləndirici tədbirlər həyata keçirib", ANAMA-nın əməkdaşı bildirib. 
 
 
Ramil Əzizov onu da bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların və müəssisələrin əməkdaşlarının maarifləndirilməsi istiqamətində  təlimlər aparılır və gələcəkdə riskli ərazilərdə yerləşən icma komitələrinin yaradılması, məktəblərdə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, maarifləndirici şəbəkənin yaradılması əsas hədəflərdəndir.    
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol