• $
  • €
  • ₽
  • ₺
  • £

NASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTO

NASA-dakı yeganə azərbaycanlı Bakıda - FOTO
17.05.2014 19:50
Gənc alim Teymur Sadıxov Robot texnologiyaları haqqında seminar verdi

Dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlı gənc alim Teymur Sadıxov Bakıda seminar verib.ANS PRESS-in məlumatına görə, NASA-da yeganə həmyerlimiz olan Teymur Sadıxov mühəndislik təhsili alan tələbələrlə və mühəndislərlə görüşüb. Gənc alim Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin (GMİİB) təşkil etdiyi seminarda o, özü haqqında məlumat verdikdən sonra robot texnologiyaları, robotiksin müxtəlif tərifləri və növləri haqqında danışıb. Təqdimatın digər hissəsində hal-hazırda robot texnologiyalarının vəziyyəti, qarşılaşılan çətinliklər və üzərində işlədiyi layihələr haqqında auditoriyanı məlumatlandırıb.Teymur Sadıxov Bakı şəhərindəki 211 saylı orta məktəbin məzunudur. O, orta məktəbi 9 ilə başa vurub. Dünyaca tanınmış İstanbul Texniki Universitetin 240 illik tarixi ərzində ilk və yeganə ən yüksək ballı məzunudur. Teymur İstanbul Texniki Universitetində bakalvriat səviyyəsində dövlət xətti ilə təhsil alıb, ABŞ-ın Corciya Texnologiya İnstitutunun magistratura təhsilini dövlət proqramı ilə davam etdirib. Hazırda Corciya Texnologiya İnstitutunda doktorantura (Phd) səviyyəsində təhsil alır.27 yaşlı soydaşımız hazırda NASA-nın Jet Propulsion laboratoriyasında Robotik Sistemlərin Qiymətləndirilməsi, Qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetində olan Curiosity Rover-in avtonom idarə olunması, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır.İstanbul Texniki Universitetində Təyyarə və Kosmik Elmlər fakültəsinin Təyyarə Mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıxov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa o, yanacaq hüceyrəsi ilə çalışan yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. İşinin çoxluğuna baxmayaraq, Teymur təhsilini davam etdirmək arzusunu həyata keçirməyə tələsirdi. Belə bir perspektivli gəncin üzünə dünyanın bütün universitetlərinin qapısı açıq idi. O, indiyədək xaricdə təhsil almış yeganə azərbaycanlıdır ki, təhsilin növbəti pilləsi üçün müraciət etdiyi 10 tanınmış ali məktəbin hamısından müsbət cavab alıb və təhsil müddətində ona yüksək təqaüd təklif olunub.2008-ci ildə Kaliforniya Universitetinin San-Diego Mexanika və Aerokosmik Mühəndislik fakültəsində “Powell” fondu təqaüdçüsü olaraq elmi təhsilə başlayan soydaşımız çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqat aparıb.2010-cu ildə isə məşhur alim Vassim M.Haddadın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik Mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunda təhsilə başlayıb və hazırda burada doktorantura dərəcəsinə namizəddir. Teymur 2013-cü ildə “United Technologies Corporation” təşkilatının elmi-tədqiqat mərkəzinin Avtonom və Ağıllı Robotik Sistemlər Laboratoriyasında avtonom vertolyotların şəhər mühitində qəzasız optimal trayektoriya planlaması ilə əlaqəli elmi tədqiqatla məşğul olub. Bu layihə vertolyotların avtonomlaşdırılması üçün planlaşdırılıb.Soydaşımızın uğurlu elmi-tədqiqat layihələri bununla bitmir. Müasir dünyada ən qabaqcıl texnologiyaların cəmləşdiyi aerokosmik sahədə tanınmış alimlərlə çiyin-çiyinə çalışan Teymur Sadıxovun ən böyük arzusu bu sahədə öz sözünü deməkdir. ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol