Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto
![Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto Təcridxanaya soğan və corabın içində narkotik keçirmək istədilər - Foto](https://anews.az/photo/850x500/2021-09/1632323638_sogan.jpg)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bundan başqa, Cinayət Məcəlləsinin 234.4.3 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında cəza çəkən məhkum Ceyhun Qəribağa oğlu Qasımova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 1,743 qram olan narkotik maddə - heroin aşkar edilib.
Eyni zamanda, Cinayət Məcəlləsinin 172.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mirzə Zahid oğlu Nirzəyevə atası Zahid Novruz oğlu Mirzəyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi üsulla hopdurulmuş və ümumi çəkisi 0,148 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
![](https://anews.az/file/articles/2021-09/1632323662_cor.jpg)
![](https://anews.az/file/articles/2021-09/1632323638_cor1.jpg)
www.anews.az