• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi Kardiologiya İnstitutundakı qətlin səbəbini açıqladı

Səhiyyə Nazirliyi Kardiologiya İnstitutundakı qətlin səbəbini açıqladı
16.05.2014 16:35
Səhiyyə Nazirliyi ötən gün Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş verən qətlin səbəblərinə aydınlıq gətirib.Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, hadisənin təhqiqatı ilə istintaq orqanları məşğul olur. Onun sözlərinə görə, qətli törədən Hüseynağa Cəlilov artıq tutulub, bıçaqlanan Mail Hüseynov isə hadisə yerində dünyasını dəyişib: “Şahidlərin dediyinə görə, hadisəyə səbəb siqaret çəkmə olub. Belə ki, 1952-cı il təvəllüdlü Mail Hüseynov palatada siqaret çəkib və bunun üstündə 1946-cı il təvəllüdlü Hüseynağa Cəlilovla mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseynağa Cəlilov Mail Hüseynova bıçaqla vurub. Zərbə onun ürək nahiyəsinə dəydiyindən, Mail Hüseynov hadisə yerindəcə ölüb. Hadisə ötən gün gecə saat 12 radələrində baş verib. Palatada olan digər xəstələrə hadisə zamanı ziyan dəyməyib. Təbii ki, istintaq nəticəsində hadisənin dəqiq səbəbləri məlum olacaq”. Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya  İnstitutunda qətl hadisəsi qeydə alınıb. Orada müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində müalicədə olan Saatlı rayon sakini, Mikayıl Hüseynovu bıçaqlayaraq qətlə yetirib. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində H.Cəlilov tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol