• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Aftafa qoyaraq etiraz edən gənclər CƏRİMƏLƏNİB - YENİLƏNDİ

Aftafa qoyaraq etiraz edən gənclər CƏRİMƏLƏNİB - YENİLƏNDİ
01.10.2021 12:29
İran səfirliyi qarşısında aftafa qoyaraq etiraz edən gənclər 100 AZN cərimə edilərək sərbəst buraxılıb.
 
Bunu anews.az-a açıqlamasında səfirliyin önünə etirazını bildirmək üçün aftafa qoyan Müşfiq Vəliyev dedi: 
 
"Bu gün bölməyə çağrıldıq, bizimlə müvafiq söhbətlər aparıldı, protokol tətbiq olunduqdan sonra 100 AZN cərimə edilərək sərbəst buraxıldıq. Biz xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 510-cu maddəyə uyğun olaraq cərimələndik",- deyə gənc bildirdi.
 
Gəncin sözlərinə görə, bu etiraz onların ilk etiraz deyil, ötən illərdə də İranın azərbaycanlıları təhqir və təhdid etməsinə görə müxtəlif formada etirazlarını göstəriblər.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, bu barədə hazırda məlumat yoxdur, araşdırma aparılır. 
 
Milliyyətçi fəallar Zakir Kərimli, Toğrul Əmiraslanlı, Alparslan Öztürk və Müşfiq Vəliyev  30 sentyabr 2021-ci ildə Bakıda İran səfirliyinin önünə İran bayrağının rəngini əks etdirən 3 aftafa qoyub. 

*****

Bakıda İran səfirliyinin önünə İran bayrağının rənglərini əks etdirən aftafaları qoyaraq İranın Qondarma Dağlıq Qarabağ respublikasına kömək etməsinə, həmçinin İranın azərbaycanlıları təhqir və təhdid etməsinə etiraz edən  gənclər bu gün polis bölməsinə çağırılıb.  Bu barədə anews.az-a gənclərdən biri məlumat verib.
 
Həmin gənclər sosial şəbəkə hesablarında bu davranışlarını kiçik bir etiraz olduğunu bildirib:

"Bir neçə saat öncə İran Səfirliyi qabağında etdiyimiz sadə bir etiraza görə adımıza yaxmadıqları qara qalmadı. Biz bu kiçik etirazı anidən qərara almışdıq. Əslində həmdə fikirləşdik ki, bunu etməklə cəmiyyətimizdəki İrana olan nəbzi bir daha yoxlayaq", - deyə gənclərdən biri facebook hesabında paylaşım edib.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi(DİN) ilə əlaqə saxladıq.

DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, bu barədə hazırda məlumat yoxdur, araşdırma aparılır. 
 
30 sentyabr 2021-ci ildə Bakıda İran səfirliyinin önünə İran bayrağının rəngini əks etdirən 3 aftafa qoyulub. Səfirliyin önünə qoyulan aftafaların fotoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
 
Son vaxtlar İranla Azərbaycanın münasibətlərində gərginlik yaşanır. Buna səbəb İrana məxsus yük maşınlarının, yanacaq tankerlərinin Qarabağa qanunsuz səfərlər etməsidir. Bununla bağlı Azərbaycan tərəfi dövlət səviyyəsində İrana xəbərdarlıq etsə də, qarşı tərəf bu addımlardan geri çəkilmir.

Həmçinin, son günlərdə İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. İlham Əliyev Bakının İranın bu təlimlərinə və Ermənistana olan köməyinə olan narazılığını türk kanallarından birini verdiyi müsahibədə ifadə etmişdi.

2021-ci il sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində İranın Azərbaycan sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirməsi barədə bu sözləri demişdi: "Hər bir ölkə öz ərazisində hərbi təlimlər keçirməyə haqlıdır, amma nəyə görə məhz indi və nə üçün bizim sərhədimizdə?” İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin "Anadolu” agentliyinə müsahibəsinə reaksiya verib.

Səid Xətibzadə "Mehr” agentliyinə müsahibəsində İran-Azərbaycan sərhədində keçirilən hərbi təlimlərlə bağlı danışıb. O bildirib ki, Azərbaycan Prezidentinin İran-Azərbaycan sərhədində keçirilən hərbi təlimlərə verdiyi qiymət "məyusedici"dir:
 
"İran hər zaman hər hansı bir ərazinin işğalına qarşı olub və ölkələrin suverenliyinə, sərhədlərinə və ərazi bütövlüyünə hörmət edib. Bu, təhlükəsizlik məsələsidir və təlimlər bütün regionun sabitliyi üçün keçirilir”,- deyə o bildirib. 

Ləman Qasımova

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Cəmiyyət 12:17
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Cəmiyyət 11:55
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Cəmiyyət 12:08
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Cəmiyyət 11:50
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Cəmiyyət 15:25
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Cəmiyyət 18:41
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Mübariz Mənsimovun
Cəmiyyət 14:40
Mübariz Mənsimovun "General Polad Həşimov” gəmisi dənizdə - VİDEO
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Cəmiyyət 22:06
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Partiya sədri:
Cəmiyyət 09:51
Partiya sədri: "Prezidentlə görüşsəm deyərəm ki..." - MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol