Bayrağın endirilməsinin səbəbi açıqlandı – Rəsmi

Bu gün sosial şəbəkələrdə Dövlət Bayrağı Meydanında bayrağın endirilməsi əks olunan fotoşəkillər yayılıb.
Fotoşəkillərin bəzilərində bayrağın ümumiyyətlə çıxarıldığı görünür.
Məsələ ilə bağlı Dövlət Bayrağı Meydanının mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri ANS-ə bildirib ki, bayrağın endirilməsi, sonradan çıxarılmasının səbəbi paytaxtda əsən güclü küləklə bağlıdır.
Onun sözlərinə görə, külək saniyədə 22-25 metrdən çox sürətlə əsəndə bayrağa ziyan dəyir. Bayrağı qorumaq üçün onun çıxarılmasına qərar verildi.
Hüseyn Azəri bildirib ki, külək sakitləşəndən sonra bayraq yenidən qaldırılacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























