• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi qəza törədən məmur haqqında nə dedi?

Yol polisi qəza törədən məmur haqqında nə dedi?
15.05.2014 12:28
"10 AS 509 dövlət nömrəsinin "Hyundai” və ya "Qaz 3110” avtomobilinə məxsus olduğunu deyə bilmərəm”.   Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Səbail rayon icra başçısının müavini Yavər Allahverdiyevin şəxsi maşını kimi təqdim edilən və ötən gecə piyada ölümü ilə nəticələnən qəza törətmiş "Hyundai” markalı avtomobilin üzərindəki nömrənin Səbail İH-yə aid "QAZ 31”ə məxsus olması ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirdi.   K.Əliyev qeyd etdi ki, o, həmin nömrənin hansı maşına və şəxsə məxsus olması haqqında məlumat verə bilməz:   "Bunu rəsmi şəkildə açıqlamağa bizim ixtiyarımız yoxdur. 10 AS 509 nömrə nişanının başqa maşına məxsus olduğunu siz hardan öyrənmisiniz? Əlbəttə, hər bir dövlət nömrə nişanının hansı nəqliyyat vasitəsinə məxsus olması haqqında müfəssəl məlumat var. Ancaq biz bu məlumatı mətbuata açıqlaya bilmərik”.   BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi qeyd edir ki, bunu aydınlaşdırmaq istintaqın işidir:   "Həmin nömrənin "Hyundai” maşınına deyil, "Qaz 3110” avtomobilinə aid olub-olmadığı və ya qəza törədən "Hyundai”nin əslində kimə məxsus olması və s. barədə hər hansı məlumatı mənim sizə deməyə səlahiyyətim yoxdur. Bu, istintaqın işidir. Bunu istintaq aydınlaşdırır və bu barədə yalnız istintaq açıqlama verə bilər”.   Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyevə məxsus olduğu deyilən 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil ilə yol kənarında dayanan 3 piyadanı vurub. Piyadalardan biri hadisə yerindəcə vəfat edib.   Dəqiqləşdirdiyimiz məlumata görə, Səbail rayon icra başçısının müavini Yavər Allahverdiyevin şəxsi maşını olan "Hyundai” markalı avtomobilin üzərindəki nömrə Səbail İH-nin balansında olan "Qaz 3110” avtomobilinə məxsusdur.  Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində cinayət işi açılıb və 10 AS 509 dövlət nömrə nişanlı "QAZ 3110”nun sürücüsü S.Hacıkərimov "Hyundai”ni sürdüyü ehtimalı ilə şübhəli qismində saxlanılıb. Şahidlərin bildirdiyinə görə isə "Hyundai”nin sükanı arxasında Y.Allahverdiyevin özü olub.  İstintaq hələlik 10 AS 509 dövlət nömrəsinin niyə "Hyundai”yə vurulması və Səbail İH-nin sürücüsü S.Hacıkərimovun niyə sözügedən şəxsi maşının sükanı arxasında olması məsələsi ilə bağlı rəsmi açıqlama verməyib.//Axar.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol