Şuşada həyat belə davam edir-VİDEOREPORTAJ
![Şuşada həyat belə davam edir-VİDEOREPORTAJ Şuşada həyat belə davam edir-VİDEOREPORTAJ](https://anews.az/photo/850x500/2021-10/1633966529_adsiz-tasarim-14.jpg)
Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatları və xarici media təmsilçiləri Azərbaycan əsgərinin bir il bundan qabaq açdığı marşrut əsasında çəkilmiş Zəfər yolu ilə Şuşaya gəliblər. Dumanlı hava şəraitində aşırımlarla dolu olan yolu 6 saata qət etmək mümkün oldu.
Şuşada ilk dayanacağımız Xarı Bülbül oteli oldu. Bu oteldə 50 otaq var və hazırda qonaqların istifadəsinə verilən tək oteldir.
Ondan daha böyük olan digər Qarabağ hotelinin rəsmi açılışı keçirilsə də, hələlik istismara verilməyib.
Şuşanın qədim tarixi abidəsi olan Şuşa qalasında 8 usta təmir-bərpa işləri aparılır. Ustalar həm də Şuşa qalasının yaxınlığındakı dağılmış tarixi abidələri və binaları da bərpa edəcək. Şuşa qalası və qala divarları Konqo şirkətinin dəstəyi ilə ərsəyə gələcək.
Şuşada istilik sistemi olsa da , qaz xətti hələlik çəkilməyib. İnternet yoxdur. Yalnız Azercell mobil operatorunun antenası quraşdırlılb. Qala çörəyi adlanan çörək sexi var. Burada iki növ çörək bişirilir. (formasını yazmağa ehtiyac yoxdur çünki nu videoda yəqin göstərəcəksən, red ) Kərpic çörəyin qyməti 50, yumru çörəyin qiyməti isə 20 qəpikdir. Çörəyin hazırlanmasında xalis Qarabağ unundan istifadə olunur. Beyləqan sakini olan şörək sexinin əməkdaşı deyir ki, 15 gündən bir növbəli şəkildə Şuşada işləyir. Şuşada işləməyə öz istəyi ilə gəlib. Çörəkçilərin əmək haqqı 450-500 manat təşkil eləyir. Arada onlara mükafat da verirlər. (əgər sinxron varsa yaxşı olar bunu adam özü desin , daha səsləndirmə , red)
Şuşada 3 supermarketlər şəbəkəsinin mağazaları fəaliyyət göstərir. (adlarını səsləndirmə video ilə göstər, - red) Bolmart, Araz market və Bravo.
Şuşadakı binaların divarlarında Azərbaycan əsgərləri tərəfindən yazılmış yazılar da gözə dəyir. Kimi öz adını, kimi sevgilisinin adının baş hərfini, kimi doğulduğu rayonun adını qrafiti qələmi ilə yazaraq özlərini bir növ əbədiləşdiriblər.
Yuxarı Gövhər ağa məscidi fəaliyyətdədir. Onun yaxınlığında yerləşən və döyüş günlərində xəsarət alan Qazançı kilsəsində restavrasiya işləri gedir. Kilsədəki otaqlardan birində İsa Məsihin kiçik heykəli və çoxlu mələk fiqurları restavrasiya müddədində qırağa qoyulub. Vaxtilə, insan nəfəsi, şamlarla isinən həmin otaq indi soyuq, cansız, boz görünür. Amma rəsmilər deyir ki, bərpa işləri bitəndən sonra kilsə əvvəlki kimi fəaliyyət göstərəcək.
Vaxtilə uşaq bağçası olmuş binanın pəncərəsindən uşaq paltarı sallansa da buradan uşaq səsi gəlmir.
Məşhur Azərbaycan tenoru Bülbülün ev muzeyi artıq bərpa edilib. Muzeyin girişində qoca çinar və Bülbülün iki büstü görünür. Büstlərdən birinin alın hissəsində ermənilər atdığı güllə izləri qalmaqdadır.
Şuşanın baxılan yerlərindn biri də Karvansaray qalareyasıdır. Burada işğaldan azad olunmuş Azərbaycan rayonlarının işğaldan əvvəlki görüntüləri yer alıb.
Şuşada həmçinin "Qoç ət" restoranı fəaliyyət göstərir. Daimi qonaqları hələlik isə Şuşadakı hərbçilər və polislərdir. Amma restoranın işçiləri bu restoranın yerli sakinlərlə dolacağı günü səbirsizliklə gözləyirlər.
www.anews.az

Sonda Şuşaya gələn diplomatlar eyni Zəfər yolu ilə Bakıya döndülər.
Hazırladı: Samirə Əli
Bakı-Şuşa-Bakı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)