Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - Video
![Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - Video Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - Video](https://anews.az/photo/850x500/2021-10/1635065559_1.jpg)
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə "Şəhidlər ölməz – Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Anews.az-a verilən məlumata görə, mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edənlər şəhidin şərəfli döyüş yolundan danışıblar. Tədbir iştirakçıları üçün şəhid V.Babayevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda şəhidin atası Sübbuh Babayev ölkəmizdə şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
![](https://anews.az/file/articles/2021-10/1635065559_1.jpg)
![](https://anews.az/file/articles/2021-10/1635065707_2.jpg)
![](https://anews.az/file/articles/2021-10/1635065704_3.jpg)
![](https://anews.az/file/articles/2021-10/1635065638_4.jpg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)